Əsas Səhifə > Hadisə, Manşet > Dövlətdən TATLI OĞURLUQ...
Dövlətdən TATLI OĞURLUQ...3-07-2023, 09:51 |
DİA.AZ: - Bir neçə ay əvvəl Bakıda bir iaşə obyektinin dövlətə vergi ödəməkdən yayındığı haqda məlumatı paylaşmışdıq. Həmin məlumat aşağıdakı kimi idi: *** "Şikayətim Bakıxanov qəsəbəsində olan "Tatlı" un məmulatlari maqazasındandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Həbib Əzimli adlı istifadəçi giley edir. Daha sonra narazı vətəndaş bildirir: "Nə vaxt nə alırsan, kartla ödəniş etmək istəyəndə bildirirlər ki, kartla ödəniş etməkdə problem var. Ödəniş etmək olmur. Bəzən "ödənişi kartla edəcəm" deyə təkid edəndə guya posterminalı qurdalayırlar... deyirlər "düzəldi, indi ödəniş etmək olar". Bəzən də qurdalayırlar sonra deyirlər, "ödəniş etmək alınmır... posterminal işləmir..." Bu hal necə illərdir belə davam edir. Eşitdiyimə gorə, bunların digər maqazalarında da eyni hal təkrarlanır. Dövlət tərəfindən nağdsız ödənişlər stimullaşdırılır. Banklar nağdsız ödənişlər üçün müəyyən kampaniyalar tətbiq edir, amma bu cür mağazalar nağdsız ödənişlərdən yayınır..." *** İndi isə aydın olur ki, sözügedən mağazalar şəbəkəsi hələ də dövlətdən oğurluq etməyə davam edirlər. Hər halda, bunun başqa adı yoxdur. Bu barədə "Müştəriyəm Şikayətçiyəm" sosial qrupunda paylaşım edən Aydan Əzizova adlı istifadəçi yazır: "Şikayətim "Tatlı" şirniyyat mağazasındandır. 2 ilə yaxındlr, post terminal işləmir... Nə vaxt soruçsaq, deyirlər, bizdə nağd ödənişdir. Bunları hara şikayət etmək olar? Hüquqlarımız nədir?" *** yenə də eyni problemin mövcudluğu belə deməyə əsas yaradır ki, sözügedən şəbəkə ilə yanaşı, onlarla əlbir olması şübhə doğurmayan əlaqədar vergi xidməti əməkdaşlarının da fəaliyyəti yaxçşıca araşdırılmalıdır... İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |