Əsas Səhifə > Hadisə, Manşet > Fərid Qayıbov özünü nazir kimi narahat hiss edirsə...
Fərid Qayıbov özünü nazir kimi narahat hiss edirsə...4-07-2023, 09:23 |
DİA.AZ: - "7 sentyabr 2021 ci il tarixdə Fərid Qayıbov Gənclər və İdman Naziri vəzifəsinə təyin olundu. Bundan əvvəl 15 il bu vəzifədə işləmiş Azad Rəhimov uzun sürən xəstəlikdən sonra vəfat etmişdi. Yeni gənc nazirin təyinatı gənclər və idman ictimaiyyəti üçün bir gözləntilər yaratdı. Gənc olması, idman sahəsindən transfer olunması, bu təyinata qədər hakim ailənin birbaşa nəzarətində olan Gimnastika Federasiyasından gətirilməsi bir çox ümidlər yaratdı. AMMMA NAFİLƏ..." Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. Məqalənin əvvəli burada: Oturduğu kürsüyə həbsxana kimi baxan nazir... - İLGİNC İDDİALAR... Məqalənin davamında deyilir: "Beləliklə, Gəncə, Qazax, Goranboy, Yevlax, Neftçala və digər idarə rəislərinin fəaliyyətini sənədləşdirin rəsmi məktubla birlikdə hüquq-mühafizə orqanlarına təqdim etməklə, hər birini məcburi qaydada işdən azad etdilər. Artan temp üzrə islahat adı altında Fərid Qayıbov son zərbəsini endirdi. Prezident İlham Əliyevin 7 iyul 2021 ci il tarixli , iqtisadi zonaların yaradılması və tətbiq edilməsi ilə bağlı fərmanını əsas tutaraq, 14 iqtisadi rayon üzrə 10 dekabr 2022 ci il tarixdə regional gənclər və idman idarələrinin yaradılması ilə bağlı prezident fərman verdi. Təbii ki, fərmanın verilməsindən sonra əsas problem qalırdı regional idarələrə kadr işlərini həll etmək. Fərid Qayıbovun 2 ilə yaxın müddətdə nazir olmasına baxmayaraq, Asif Quliyevi işdən azad etdikdən sonra kadrlar şöbəsinə 3 aydır təyin etdikləri Rauf Məcidli Mariana Vasilyeva ilə yola getmədiyi üçün böyük söz söhbətdən sonra işdən uzaqlaşdırıldı. Onun yerinə 1994 cü ildən həmin şöbədə kadrlar sahəsi üzrə işləyən Gülgəz Tağıyeva təyin olundu. Gülgəz Tağıyeva gənclər və idman nazirliyində bir zamanlar aparat rəhbəri işləmiş sonradan prezident aparatına gedən Tağı Tağıyevin çox yaxın adamı idi. Əslən Qazax rayonundan olan Gülgəz Tağıyeva üçün 30 ildən sonra əsl fürsət düşmüşdü ələ. Fərmandan 7 ay keçməsinə baxmayaraq, gənclər və idman nazirliyi hələ də öz strukturunu, iş fəaliyyətini qura bilmir. Prezident İlham Əliyevin 25 iyun 2023 cü il tarixli strukturun təsdiq edilməsi ilə bağlı fərmanından sonra, qeyri-iş günlərində Gülgəz Tağıyeva nazir müavini Mariana Vasilyevanın mütləq dəstəyi ilə özünə yaxın olan, hətta yaxın qohumlarını rəhbər vəzifələrə yerləşdirməklə məşğul olur. Növbəti yazımızda Regional Gənclər və İdman İdarələrinə təyin olunmaq üçün Gülgəz Tağıyevə tərəfindən seçilmiş, əvvəllər dəfələrlə adları rüşvət, korrupsiya, işlədikləri rayonda heç bir ictimai nüfuzu olmayan, yaşları 50-ni keçmiş, 60-ı haqlamış şəxsləri necə rəis etdirmək istədiyi barədə geniş yazılar yazacağıq. Ümid edirik Fərid Qayıbov bu yazıları oxuyandan sonra bir daha siyahıya nəzər yetirəcək, Gülgəz Tağıyevə tərəfindən seçilmiş və ya kənardan tapşırılmış şəxslərin siyahısına yenidən baxış keçirəcək..... Qeyd edək ki, 3 cü avropa oyunlarında Azərbaycan idmançıları 30 ölkə arasında ən yaxşı halda 28 29 cu yerdə qərarlaşıblar. Bu barədə növbəti yazılarımızda, bizi izləməyə davam edin..." İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |