Əsas Səhifə > Hadisə, Manşet > ETSN-nin SAXTA HESABATI...

ETSN-nin SAXTA HESABATI...


8-07-2023, 10:53
ETSN-nin SAXTA HESABATI...
DİA.AZ: - Ekologiya və Təbii Sərvətlər Nazirliyi dəniz suyundan nümünə götürüb və rayonlarda, Bakıda bəzi çimərlikləri bakterioloji çirklənmə göstəricilərinin norma daxilində olmadığı haqqında paylaşım edib.

ETSN-nin paylaşımı burada: bura daxil olun...

DİA.AZ bildirir ki, bununla bağlı "Eco-front" səhifəsində haqlı iradlar səslənib. Və bu da öz növbəsində ortaya kifayət qədər müəmmalı bir durumu çıxarmış olur...

Beləliklə, yerli ekoaktivistlərimizin iardında deyilir: "Necə olur ki, Nabranda, Lənkaranda, Astarada su çirklidir, ancaq məsələn Bilgəhdə, Pirşağıda təmiz? Keçən il elə deyilənə görə "Amburan Beach Club"ın dənizə axıtdığı çirkab suların dronla çəkildiyi görüntünü səhifədə paylaşmışdıq.

ETSN-nin SAXTA HESABATI...

"Google Maps"dən götürdüyümüz şəkillərlə Bilgəhlə Nabranı müqayisə etmişik. Dəniz sahili hissəsində (qırmızı xətdin içində qalan hissə) suyun rənginə diqqət edin. Nabranda suyunun rəngi daha açıqdır nəinki Bilgəhdə. Nabranın əhalisi də müqayisədə çox daha azdır.

ETSN-nin SAXTA HESABATI...

ETSN nin götürdüyü nümunələrin doğruluğu şübhə doğurur. #söyüdlü dən də sudan və torpaqdan analiz götürülüb hələ də nəticələr açıqlanmayıb".

Hər halda bu iraddan durumun nə yerdə olduğunu anladıq. İndi isə sıra Muxtar müəllimin "kantoru"ndadır. Buyurub izahat versinlər...

Geri qayıt