Əsas Səhifə > Hadisə, Manşet > Naxçıvandakı Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində ÖZBAŞINALIQ
Naxçıvandakı Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində ÖZBAŞINALIQ10-07-2023, 12:24 |
Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində (UGYM) büdcədən ayrılan pulların mənimsənildiyi, müəllimlərdən qanunsuz pul yığıldığı bildirilir. DİA.AZ bildirir ki, bu haqda “Gündəlik Naxçıvan”a mərkəzdə çalışan müəllimlər mğlumat verib. Məlumata görə, büdcə yeyintisinə müxtəlif adlar altında keçirilən tədbir və festivallar üçün ayrılan vəsaitlər aiddir. Bu tədbirlərin keçirilməsi, yəni mənimsənilən vəsaitin yerinin doldurulması üçün isə, müəllimlərdən məcburi qaydada pul yığılır. Müəllimlərin bildirdiyinə görə, bundan əlavə, pul silmək məqsədilə şagirdlər üçün təşkil olunan müxtəlif dərnəklərin bəzilərinin adı olsa da özü yoxdur: „Mərkəzin rəhbərliyi dərnəklərə yazılan pulları mənimsəyir, onlara etiraz edən, qanunsuz əməllərinə tabe olmayan müəllim və işçilərə təzyiq edirlər. Deyirlər ki, bizlik deyil, yuxarıdan nə deyirlərsə, onuu edirik. Dövlət hər il keçirilən “STEAM Təhsil Festivalı”ına vəsait ayırsa da həmin pullar mənimsənilir. Sonra isə müəllim və işçilərdən 30 manat pul gətirmək tələb olunur. Sonuncu festivalda pul görmədiyi üçün əlavə 50, 100 manatdan pul yığmaq tələb olundu. Etiraz edənlər olduğu üçün iş Təhsil Nazirliyi səviyyəsinə qalxdı“. Müəllimlər deyir ki, məsələ böyüyüb, şikayətlər Naxçıvan MR Təhsil Nazirliyi səviyyəsinə çatdıqdan sonra, gözdən pərdə asmaq üçün, pul yığımını müvəqqəti dayandırmaq tapşırığı verilib. Lakin, ara sakitləşəndən sonra, yenə öz işlərinə davam ediblər. “ Təhsil naziri deyib ki, elə edin ki, pul söhbətinin səs çıxmasın. Amma müvəqqəti. Bir müddət sonra pul yığımı davam etdi. Könüllü gətirən gətirsin deyib, yığmağa davam etdilər. Bu işlərin başında nazirlik özü dayanır. Pulu yığıb, bir qismini ora ötürürlər”. Müəllimlər bildirir ki, festivallarda uşaqların geyməsi üçün nəzərdə tutulan formaları belə onlara aldırırlar aldırdılar. Festivaldan sonra isə həmin formaları şagirdlərin əlindən alınır: “Tək bu deyil. Mikrofon, səsgücləndirici və müəyyən avadanlıqlar almaq adı ilə də müəllimlərdən məcburi pul yığılır. Məsələn, sonuncu festivalda səsgücləndirici üçün müəllimlərdən ümumilikdə 1000 manat pul yığılıb“. Naxçıvan şəhər UGYM-dən müəllimlərin iddialarına cavab vermək istəmədilər. Onların da mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |