Əsas Səhifə > Hadisə, Manşet > NOTARİAL BÖHRAN...

NOTARİAL BÖHRAN...


20-07-2023, 08:53
NOTARİAL BÖHRAN...
Ötən yazımızda Dövlət Notariusları və onların rəhbərləri haqqında reportaj hazırlamışdıq. Biz elə bilirdik ki, bu sahədə baş verən özbaşınalıqlardan, notariuslara rəhbərlik edən şəxslərin xəbəri yoxdur. Hətta, yazıda Ədliyyə Nazirliyinin bu məsələyə cavabdeh olan şəxslərinə müraciət də olunmuşdur. Müraciəti də olduğu kimi dərc etmişdik. Həmin müraciətdə belə deyilirdi. "Biz inanırıq ki, Ədliyyə Naziri, cənab Fikrət Məmmədov, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini Mehman Soltanov bu məsələlərə ciddi yanaşaraq, bütün günahkarların cəzalandırılması üçün müvafiq addımlar atacaqlar. Zərərçəkmişin hüquqları tam müdafiə olunacaq".
Sən demə, hər bir notarius gördüyü qeyri-qanuni işə görə, özündən yuxarı rəhbərliyə hesabat verirmiş. Bu hesabatlarda görüləcək işlərin miqyası bildirilirmiş, həm də o da açıq-aşkar göstərilirmiş ki, hansı əməliyyat aparılacaq, hansı qanun pozuntuları olacaq və bu qanun pozuntularının üzərini Mehman Soltanov necə ört-basdır edəcək.
Ötən yazımızda onu da bildirmişdik ki, Binədə yerləşən 31 saylı Dövlət Notariusunun rəisi, Ramiz Hümmətovla, Yevlax şəhərində yerləşən, Dövlət Notariusunun rəhbəri Elxan Hüseynovun arasında əvvəlcədən razılaşma olub və bu şəxslər gecə saatlarında xaricdə yaşayan, Azərbaycanda olmayan vətəndaşın adına etibarnamə veriblər. Onu da bildirmişdik ki, bu məsələ Ədliyyə Nazirliyinin Notariat İdarəsinin rəisi İlqar Məmmədovla Mehman Soltanovun nəzarətində olacaq və araşdırılacaq.
Biz hətta onu da bildirmişdik ki, Ramiz Hümmətov və Elxan Hüseynov Ədliyyə Nazirliyində kimlərəsə arxayın olmasalar, belə qeyri-qanuni işlərə imza atmazlar.
Bəli, mətbuatda zaman-zaman Ramiz Hümmətovun gördüyü qeyri-qanuni işlər haqqında məlumat verilib. O da bildirilib ki, Ramiz Hümmətov, Məmmədli qəsəbəsində qeyri-qanuni yolla əldə etdiyi geniş torpaq sahəsində saldığı fərdi yaşayış evləri kompleksini qəsəbədə icra nümayəndəsinin müavini vəzifəsində işləyən qardaşı oğlu İlkin Hümmətovun adına rəsmiləşdirib. Hələ bunlar harasıdır? Ramiz Hümmətovun elə əməlləri var ki, oxuyanda adam dəhşətə gəlir. Bu adam vətəndaşın adına olan qanuni avtomobili onun razılığı və imzası olmadan başqasına satıb. Bu əsl möcüzədir. Bilirsiniz, Ramiz Hümmətov Mehman Soltanova arxayın olmasa, heç bir addım atmaz, bu şansı Ramiz Hümmətova Mehman Soltanov verir. Hətta mətbuatda qeyd olunur ki, Mehman Soltanov xarici səfərlərə Ramiz Hümmətovla gedir. Ramiz Hümmətov Mehman Soltanov haqqında elə bilgilərə malikdir ki, Mehman Soltanov idarə rəisinin müavini olaraq, ona heçnə deyə bilmir.
Əlbəttə ki, Ramiz Hümmətovun Mehman Soltanovla bağlı bilgiləri o qədər çoxdur ki, o, hər zaman notarius rəisinin qarşısında susur. Bilmirik bu bilgilər nədən ibarətdir, amma daşdan keçən bir məsələdir. Deyirlər, Mehman müəllim xarici ölkəyə, xüsusən də Gürcüstana gedərkən dərhal şəhər kənarında olan restoranları axtarır. Amma biz başa düşürük ki, şəhər kənarında olan restoranlara ümumilikdə "KAZİNO" deyirlər. Biz demirik aaa, Mehman Soltanov gününü kazinolarda keçirdir, sadəcə olaraq deyirlər ki, kazinoya gedir. Bu bizim üçün maraqlı deyil, Mehman Soltanov kazinoya getdi, orada hansısa bir addımı atdı. Bu bizim yazının mövzusu deyil. Bizim üçün maraqlı olan məsələ odur ki, Mehman Soltanov tabeçiliyində olan işçilərinə nəzarət edə bilmir. Yəqin bu da onunla əlaqədardır ki, Mehman Soltanov artıq yaşlanıb, təqaüd vaxtıdır.
Onu da xatırladaq ki, Ramiz Hümmətov İlyas İsmayılovun kadrıdır və onun xeyir, duası ilə vəzifəyə gəlmişdir.
P.S. Deyirlər, Mehman Soltanov bəzi saytlarda özü haqqında palaz-palaz tərifli yazılar yazdırır, nə işdi...
//gundelik-baku.com//
Geri qayıt