Əsas Səhifə > Hadisə, Manşet > Erməni mediasından ŞOK İDDİA: Xələf Xələfov Xankəndidə oturacaq...

Erməni mediasından ŞOK İDDİA: Xələf Xələfov Xankəndidə oturacaq...


25-07-2023, 10:41
Erməni mediasından ŞOK İDDİA: Xələf Xələfov Xankəndidə oturacaq...
Xəbər verildiyi kimi, dünən Prezident İlham Əliyev Xarici İşlər nazirinin müavini Xələf Xələfovu tuduğu vəzifədən azad edib. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, imzalanan sərəncama əsasən keçmiş nazir müavini yeni vəzifəyə gətirlib.

Belə ki, Xələfov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.

Qeyd edək ki, bəzi xəbərlərə görə, Xələfov Qarabağ İqtisadi Rayonu üzrə dövlət başçısının xüsusi nümayəndəsi olacaq. Bunu belə əsaslandırırlar ki, sözügedən şəxs bölgənin problemlərini yaxşı bildiyi qədər, həm də Qarabağ danışıqlarından uzun müddət çalışıb. Eyni zamanda, o, etibarlı şəxs kimi Qarabağ İqtisadi Rayonuna xüsusi nümayəndə təyin olunacaq.

JAMAZ.İNFO xəbər verir ki, bu tip xəbərlər Ermənistan mediasında da yayılıb. Erməni mətbuatı isəı bu məsələdə xeyli irəli gediblər. “Hraparak”ın iddiasına görə, Xələf Xələfov Qarabağda xüsusi nümayəndə olacaq və son təyinatla bununla bağlıdır. Qəzet həmçinin yaxın zamanlarda Xələfovun Qarabağ separatçılarının rəhbəri Arayik Harutyunyanın əyləşdiyi binada oturacağını da iddia edib.

Geri qayıt