Əsas Səhifə > Hadisə, Manşet > "Güc-bəla ilə tikdiyimi Xəzər rayonunun İcra başçısı dağıdır"
"Güc-bəla ilə tikdiyimi Xəzər rayonunun İcra başçısı dağıdır"26-07-2023, 08:42 |
Lerik rayonu, Şinəbənd kənd sakini, 2-ci Qarabağ iştirakçısı Bəşirov Seymur Zeynulla oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Xəzər rayonunun icra başçısından narazıdır: "Mən, 2-ci Qarabağ iştirakçısı Bəşirov Seymur Zeynulla oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız. Vəzifəsini layiqincə yerinə yetirən hər kəs bilsin ki, Lerikdə qazilərə hörmət qoyulmur. Mən könüllü olaraq, müzəffər ordumuzun döyüşlərinə qoşulmuşam. Fizuli, Xocavənd, Şuşanın Daşaltı kəndində və Şuşadan Laçın dəhlizinə qədər döyüşlərdə iştirak etmişəm. 2 dəfə ağır xəsarət almışam, hələ də sudurqadan əziyyət çəkirəm. Fizuli, Şuşada "Vətən müharibəsi" iştirakçısı medalı ilə təltif olunmuşam. Hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Qala inzibati ərazi dairəsində yeni yaşayış massivində 1 otaqlı evimdə yaşayıram. Ailəliyəm, 2 övladım var. Müharibə vaxtı müraciət etdim, sağ olsun, cənab prezidentin tapşırığına əsasən, qaz və su çəkildi. İndi isə müraciətim evimin təmiri və genişlənməsi ilə əlaqədardır. Qışda, yayda yağan yağışlar evimin içinı axır, qarşısını ala bilmirəm. Evimi artırmağa yetərincə imkanım yoxdur, güc-bəla ilə etdiyimi də Xəzər rayonunun İcra başçısı dağıdır. Nə özləri kömək etmir, nə də imkan vermirlər ki, özüm düzəldim. Evimdə sabahın əsgəri olan oğlan uşağı böyüyür. Mən də istəyirəm ki, evim geniş olsun, uşaqlarım sağlam böyüsün. Mənə deyirlər ki, "SOCAR"ın ərazisidir, burda ev tikmək olmaz. Deyirəm, müharibə iştirakçısıyam, canımı qoymuşam, mənə deyirlər ki, “İlham və Mehribana görə canını qoymusan, get onlardan da torpaq istə, bizə maraqlı deyil, sən müharibədə olmusan və yaxud da sudurqan var””. Redaksiyadan: Yazıda adları dərc olunan qurumların mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |