Əsas Səhifə > Hadisə, Manşet > `Azəriqaz` şefi Şəhid ailəsini NİYƏ EŞİTMİR?

`Azəriqaz` şefi Şəhid ailəsini NİYƏ EŞİTMİR?


29-08-2023, 09:27
`Azəriqaz` şefi Şəhid ailəsini NİYƏ EŞİTMİR?
DİA.AZ: - "Şəhidimiz öz anasını yalnız qardaşına deyil, dövlətinə, millətinə də əmanət qoyub". DİA.AZ bildirir ki, bu çağırışda bulunan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı "SOCAR" prezidenti cənab Rövşən Nəcəfə və "Azəriqaz" İstehsalat Birliyinin sədri cənab Ruslan Əliyevə xitab edərək onları müraciətini yaydığı Şəhid ailəsinə dəstək olmağa səsləyib.

DİA.AZ M.Qəhrəmanlıya istinadən Şəhid qardaşı - Musayev Rəşad İsmayil oğlunun müraciətini çatdırır: "Qardaşım Musayev Kamal İsmayil oqlu 1994-cü ildə Kəlbəcərdə, Murovdağda şəhid olub meyidi hələ də tapılmayıb.Məzarı yoxdur. Şəhid ailəsiyəm. Onkoloji xəstə olan anama mən baxıram. 3 ildir yataq xəstəsidir ,5 dəfə əməliyyat olunub, qıçı sınıb ,maddi imkanım aşağı olduğu üçün müalicəsini davam etdirə bilmirəm. Bəzən rayonda aptekə də borcum olur.
2019- cu ildən müvəqqəti Xidməti müqavilə ilə Azəriqaz İstehsalat Birliyinin Lənkaran RQİİ-nin Yardımlı XS-də çilingər köməkçisi işləyirəm. 2022 ci ildə SOCAR -da imtahan verib kadr ehtiyat bazasında qeydiyyata alındım. Bu müddət ərzində bir dəfə reqional idarədən zəng edib Lənkaranda iş təklif etdilər.Bildirdim ki anam ağir onkoloji xəstədir,tək ümidi mənəm , xahiş edirəm rayonumuzda iş yeri olduqda təklif edin. Bu yaxınlarda Yardımlıda iki vakant yer oldu, mənə zəng edib Masallıda iş təklif etdilər.Yenə anamın ağır yataq xəstəsi olduğunu , ona mən baxdığımı dedim və xahiş etdim ki,mənə Yardımlıda iş verin. Mənə bildirdilər ki, Yardımlıya səndən yüksək bal toplayanı göndəririk. Və Masallıda işləyən şəxsləri Yardımlıya göndərdilər. Mənə isə onların iş yeri təklif olundu.
Yenə çıxılmaz vəziyyətə düşdüm. Şəhid ailəsi olduğum,şəhid anasının köməyə ehtiyacı olması isə nəzərə alınmadı.Baxmayaraq ki, dəfələrlə Ruslan müəllimə yazıb kömək istəmişəm. Anam video müraciət edib. Sonu da bu!"

`Azəriqaz` şefi Şəhid ailəsini NİYƏ EŞİTMİR?
`Azəriqaz` şefi Şəhid ailəsini NİYƏ EŞİTMİR?
`Azəriqaz` şefi Şəhid ailəsini NİYƏ EŞİTMİR?

Məsələ diqqətimizdədir. Bütün maraqlı tərəfləri dia-az.life olaraq dinləməyə hazırıq...

Geri qayıt