Əsas Səhifə > Hadisə, Manşet > Şəhid ailəsi `Azəriqaz`la ÜZ-ÜZƏ...
Şəhid ailəsi `Azəriqaz`la ÜZ-ÜZƏ...1-09-2023, 08:46 |
“Qardaşım Kamal Musayev 1994-cü ildə Murovdağda şəhid olub. Yaşlı, onkoloji xəstə olan anam mənim himayəmdədir. 3 ildir yataq xəstəsidir, 5 dəfə əməliyyat olunub. Buna görə də anamı tək qoyub başqa rayona işləməyə gedə bilmirəm”. DİA.AZ bildirir ki, bunu Meydan TV-yə Yardımlı rayon sakini Rəşad Musayev deyir. Onun sözlərinə görə, 2019-cu ildən müvəqqəti xidməti müqavilə ilə “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Rayon Qaz İstismarı İdarəsinin Yardımlı xidmət sahəsində çilingər köməkçisi işləyir. Ötən il SOCAR-da imtahanda iştirak edib və kadr ehtiyat bazasının qeydiyyatına düşüb. “Regional idarədən zəng edib Lənkəranda iş təklif etdilər. Anama mən baxdığımdan Yardımlıda, yəni yaşadığım rayonda işləmək istədiyimi bildirdim. Bu yaxınlarda Yardımlıda 2 vakant yer oldu, amma tapşırıqla başqa adamları götürdülər. Həmin şəxslərin boşalmış yerinə-Masallıda mənə iş təklif etdilər. Yenə də anama görə imtina etmək məcburiyyətində qaldım”,- R.Musayev bildirib. O, müvəqqəti müqavilə ilə işlədiyini qeyd edib. Şəhid anası da oğluna öz rayonlarında iş verilməsi, onun vəziyyətinin nəzərə alınması üçün SOCAR prezidenti Rövşən Nəcəfə və istehsalat birliyinin sədri Ruslan Əliyevə müraciət edib. “Azəriqaz” İstehsalat Birliyindən isə Meydan TV-yə bildiriblər ki, şəhid anasının oğlunu işə qəbul edilməsinə kömək göstərilməsi ilə bağlı müraciətinə baxılıb. Qurumun cavabında deyilir ki, Rəşad Musayev 2021-ci il, yanvarın 5-də “DOST İş Mərkəzi” MMC tərəfindən işə qəbul edilərək birliyin Lənkəran regional qaz istismar idarəsinin Yardımlı rayonu üzrə xidmət sahəsinə təhkim edilib. Hazırda qaz avadanlıqlarının istismarı və təmiri üzrə fəhlə işləyir: “Rəşad Musayevlə birgə kadr ehtiyatı bazasına 7 namizəd daxil edilib. Həmin bazaya daxil edilmiş vətəndaşların namizədliyi 12 ay ərzində saxlanılır. SOCAR kadr ehtiyat bazasına daxil edilmiş namizədlərin işlə təmin olunması ilə bağlı öhdəlik daşımır. Ona şəhid ailəsinin üzvü kimi iş təklif edilib, lakin o yol uzaqlığının əsaslığını götürərək, iş təklifindən imtina edib”. Geri qayıt |