Əsas Səhifə > Hadisə, Manşet > "Hara baxır bunlar?"

"Hara baxır bunlar?"


12-09-2023, 08:56
"Hara baxır bunlar?"
"Bu yay da çıxdı, artıq payız fəslinin gəlişinə saylı günlər qalıb, amma yaşadığımız Nizami rayonu, Şirin Mirzəyev 70 və 72-ci binalar nə təmir edildi, nə də ki, həyətləri abadlaşdırıldı.
Ərazidə bütün binalar təmir olundu, həyətlərə asfalt örtük vuruldu, yaşadığımız bina təmirsiz buraxıldı".

Bu sözləri Nizami rayonu, Şirin Mirzəyev 72-ci binanın sakini Əzimova Nazilə Şaban qızı Faktinfo.az saytına göndərdiyi məktubda bildirir. Daha sonra Nazilə Əzimova qeyd edir. " Yazıb bildiririk ki, yaşadığımız binaların zirzəmisində möhkəmləndirmə işləri aparılsın, nədən bunu etmirlər. Necə olur ki, zamanla binanın dörd bir tərəfindən qapı açılmasına icazə veriblər, indi də zəhmət çəkib binanın təməlində möhkəmləndirmə işləri aparsınlar ki, təhlükəsizliyimizi təminata alaq.Umumiyyətlə, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti nəyi gözləyir? Hara baxır bunlar? Niyə dəyişmirlər blokların qapılarını, nədən dəyişmirlər bloklardakı pəncərələri? Elə blok var, qapısı yoxdur, hər yer təmirsiz vəziyyətdədir. Qurumuş ağacları kəsən yoxdur, binanın həyətində bir-birinə bitişik şam ağacı var, onu 5-6 metr kənara köçürən yoxdur. Binanın "demaxod" ları dağılmış vəziyyətdədir. Hər yerdə binaların üstü metal örtüklərlə örtülüb, Nizami rayonu, Şirin Mirzəyev 72-ci binasının 5 mərtəbəsində ot bitib. Binanın həyətində 5 adam oturur, 6-cı adam yer yoxdur. Belə iş olar? Yeniyetmə uşaqların idman etməsi üçün normal bir idman qurğusu yoxdur. Həyətimiz də zülmət qaranlıq. Şirin Mirzəyev 70 və 72 binalarının bir süpürgəçisi vardı, deyirlər onu da DOST xidməti işdən çıxarıb".

Nazilə Əzimova onu da qeyd edir ki, 23.02.2023-cü il tarixində Şirin Mirzəyev 70 və 72 binalarının 14 nəfər sakininin imzası ilə Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb. Ünvanladığı məktuba 15 mart 2023-cü il tarixində 516/1-/-35-109/23 saylı məktubla cavab verilib ki, müraciətiniz Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri cənab Rəfail Mehralıyevə ünvanlanıb. Həmin tarixdən Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentindən də bir xəbər yoxdur.

Artıq bina sakinləri qərara gəlmişik ki, yığışıb Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov cənabının qəbuluna gedək. O, da bizi qəbul etməsə, başqa gedəcəyimiz ünvanlar var.
//Faktinfo.az//
Geri qayıt