Əsas Səhifə > Hadisə, Manşet > Vətəndaşı elə çilədən çıxarırlar ki...

Vətəndaşı elə çilədən çıxarırlar ki...


26-09-2023, 11:22
Vətəndaşı elə çilədən çıxarırlar ki...
DİA.AZ: - "Şikayətim "Uber" şirkətindəndir. Normalda həmişə problemi "Bolt"da yaşayıram və dəfələrlə də şikayət etmişəm. "Uber" mənə görə ən yaxşısı idi. Amma son zamanlar təəssüflər olsun ki, "Uber" dəhşət problemli olmağa başlayıb..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Ülviyyə İsmayılova adlı istifadəçi giley edir.

Vətəndaşı elə çilədən çıxarırlar ki...

Narazı vətəndaş daha sonra yazır: "Dünən təcili getməli olduğum yer olduğu üçün tələsik taksi çağırmışam. Boltda qiymət çox şişirdilmişdi deyə Uberdə sifariş etmək qərarına gəldim. Üstümdə də nəğd pul yox idi kartla vurdum sifarişi. Sürücü qəbul edib yaxınlaşmağa başladı amma çatana yaxın yolu dəyişib başqa istiqamətdə irəlilədi. Sonda tanımadığım, ünvana yaxın hardasa saxlayıb çatdını vurdu. Mən əlaqə saxladıqda isə proqramın onu binanın arxasına apardığını dedi. Təsvir edərək ünvana yaxınlaşmasını xahiş etdim sürücüdən. Amma gəl gör ki, sürücü nə telefona cavab verdi, nə də ünvana yaxınlaşdı. Çox gecikdiyimi görüb ləğv elədim sifarişi. Sağolsunlar boş yerə məndən 3 AZN minimal sifariş haqqı tutdular ki, elə mənim yolum 4 AZN idi. Xülasə, orda yetəri qədər əsəb keçirdikdən sonra nə qədər baha olsa da, boltda sifariş edim dedim artıq çünki başqa yolum qalmamışdı. Bolt da sağolsun 10-15 dəqiqə arası taksilər göstərdi mənə. Təxminimcə heç kim kart olduğuna görə qəbul eləmək istəmirdi. Yarım saat fırlandı, taksi tapmağa çalışdı, sonda biri qəbul etdi, o da 12 dəqiqəyə yaxınlaşacaq göstərdi. O qədər gözləyə bilmədiyim üçün ləğv elədim. Yol maşınlarından maraqlandım ki, heç olmasa görüm onlarla gedə bilirəm yoxsa yox. Onların da heç birində c2c üçün kart olmadığına görə uzun proseslərdən sonra elə metroyla getmək qərarına gəldim. Halbuki başdan metroya getsəydim çoxdan da çatmış olacaqdım. Metroda da bizim tələbə izdihamıyla qarşılaşıb, 2-3 vaqon qaçırıb, özümü güclə hansınasa atıb, min bir əziyyətlə axır ki, gedəcəyim yerə kifayət qədər gecikərək çata bilmişəm.
Buna görə də mənim Bolt, Uber Azərbaycan və tələbələrdən şikayətim var...
Artıq təməl ehtiyyaclarım məcbur etmədikdən sonra da evdən çıxmamağa qərar vermişəm..."

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt