Əsas Səhifə > Hadisə, Manşet > Dövlətin əsası ədalətdir: Bəs dövlətin hakimi ədalətsizdirsə...

Dövlətin əsası ədalətdir: Bəs dövlətin hakimi ədalətsizdirsə...


2-10-2023, 10:24
Dövlətin əsası ədalətdir: Bəs dövlətin hakimi ədalətsizdirsə...
Bir insan barəsində yol verilmiş ədalətsizlik hamı üçün hədədir.
(Şarl Lui Monteskyö)


Bəli, özü də bu ədalətsizliyi ədaləti bərpa etməli olan hakim özü etdiyində bu, ədalətsizliyə uğramış hər kəs üçün çox qorxunc təhdiddir.

Lakin, çox təəssüflə qeyd edirik ki, ölkəmizdə hakim ədalətsizliyindən narazı vətəndaşların sayı günbəgün artır.
"Biz hüquqi dövlətdə yaşayırıq", "burda qanun şahdır" kimi ifadələr boğazdan yuxarı, bütün dillərdə şablon olub, reallığa gəldikdə isə banklar və dövlət qurumları ilə məhkəmə çəkişmələrində vətəndaşlar çox zaman haqsızlığa uğrayırlar ki, bu barədə illərdir Azərbaycan mediasında, həmçinin sosial şəbəkələrdə məlumatlar yayımlanır.

Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir. (Aristotel)

Yeri gəlmişkən, qeyd edək ki, elə bu yaxınlarda biz "DogruXeber.az" olaraq özümüz də hakim ədalətsizliyinə məruz qalmışıq. Hansı ki, bu barədə ötən yayımlarımızda da ətraflı məlumat vermişdik.

Və qeyd etmişdik ki, Hakim kürsüsündə əyləşən gənc Orxan Həsənov barəsində silsilə şəklində məlumatları diqqətinizə çatdıracağıq ki, iddiaçını evə göndərib ardından qərar verən bu gənc oğlanı siz də tanıyın.

Demək Bakı inzibati-iqtisadi məhkəməsində hakim kürsüsündə əyləşən Orxan Həsənov 1990-cı il təvəllüdlüdür. 33 yaşlı Orxan Həsənovun şəxsi Facebook hesabında qeyd olunur ki, "2015-ci ildə Bakı Dövlət universitetində təhsil almağa başladı".

Dövlətin əsası ədalətdir - Bəs dövlətin hakimi ədalətsizdirsə ???

Dövlətin əsası ədalətdir: Bəs dövlətin hakimi ədalətsizdirsə...

Əgər, özünün paylaşdığı bu məlumatı əsas götürsək, belə çıxır ki, o 2019-cu ildə təhsilini başa vurub, 2021-ci ilin fevral ayına qədər (cəmi bir il) "ASAN" xidmətdə çalışıb, 2021-ci ilin fevral ayında da "Ələddinin çırağının köməyi ilə " hakim kürsüsünə əyləşib.

Amma, Ədliyyə Nazirliyinin rəsmi saytında isə qeyd olunur ki, 1990-cı il təvəllüdlüdür, 2008-ci ildən 2012-ci ilə qədər Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb, 2013-cü ildən 2018-ci ilə qədər Bakı Apellyasiya Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində çalışıb, 2018-ci ildə 13 saylı vəkil bürosunda çalışıb, 2018-2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Hüquqi Təminat Şöbəsi, Daxili hüquqi tənzimləmə sektorunda baş məsləhətçi işləyib, 2021-ci ilin fevral ayından bugünə qədər isə Bakı inzibati-iqtisadi məhkəməsində hakim kürsüsündə əyləşir...

Aha... barəsində iki fərqli məlumat olan bu gənc oğlanın ümumiyyətlə Vikipediyası olmasa da barəsində ən azından Ədliyyə Nazirliyinin rəsmi portalında qeyd olunan məlumatlar adama çox şeyi deyir.

Dövlətin əsası ədalətdir - Bəs dövlətin hakimi ədalətsizdirsə ???

Dövlətin əsası ədalətdir: Bəs dövlətin hakimi ədalətsizdirsə...

Diqqət etdinizsə, orta məktəb illərindən - hətta doğulduğu ildən bugünə qədərki bütün fəaliyyəti ardıcıl olaraq qeyd olunub, bəs bu 33 yaşlı "ədalət qoruyucusu" vətən borcunu verməyibmi?

Gördüyünüz kimi, "dayısından yarıyan" dövlət məmuru kimi orta məktəbi bitirəndən işsiz qalmayıb. Yoxsa, hərbi xidmətini doğulmamışdan öncəmi yerinə yetirib ki, sonra vaxtı olmayacaq?..

Hərbi xidmətdə olubsa, nə zaman olub?, olmayıbsa necə hakim olub? Yəqin ki, bu sualın cavabı oxucularımız üçün də maraqlıdır.

Hə, onu da vurğulayırıq ki, qarşıdakı günlərdə BDU-ni bitirən və bugünə qədər fəhlə işləyən, yaxud işsiz qalan məzunlardan fərqli olaraq, işsiz qalmayan və sürətlə hakim kürsüsünə əyləşən Orxan Həsənovun "sehirli vəzifə yolu" barəsində də məlumatlar dərc edəcəyik.

Diqqətiniz bizdə olsun, mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Geri qayıt