Əsas Səhifə > Hadisə, Manşet > "SDL NOBEL"də qanun saya salan yoxdur...

"SDL NOBEL"də qanun saya salan yoxdur...


30-10-2023, 09:27
"SDL NOBEL"də qanun saya salan yoxdur...
DİA.AZ: - "SDL NOBEL" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həm qanunlar və həm də işçi hüquqları ilə bağlı qoşulduğumuz müvafiq beynəlxalq konvensiyalar aşkar şəkildə pozulmaqdadır. DİA.AZ bildirir ki, bu sözügedən qurum tərəfindən işəgötürmə zamanı baş verir.

Məsələnin ciddiyətinə baxmayaraq, nədənsə ölkədə işçi hüquqlarının müdafiəsinə rəsmən cavabdeh olan təşkilatlar da uzun müddədir ki, "SDL NOBEL" MMC tərəfindən törədilən bu qanun pozuntusuna göz yumur.

DİA.AZ bildirir ki, məsələ ilə bağlı açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri, tanınmı hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı etirzını aşağıdakı formada ifadə edib:

"Sənqaçal Terminalında iş və xidmətlərin daimi xarakterə malik olduğu əvvəlcədən bəlli olduğu halda nədənsə "SDL NOBEL" Məhdud Məsuliyyətli Cəmiyyətində işə qəbul olunan və Səngəçal Terminalına göndərilən, 20-25 il təcrübəsi olan peşəkar işçilərlə 2 aylıq müddəti olan Əmək müqaviləsi bağlanılıb.

Niyə, səbəbi nədir?"

Qeyd edək ki, baş verənlər işçilərin eirazı ilə müşaiyət olunsa da, rəhbərlikdən adekvat reaksiya verilməyib.

Məsələ ilə bağlı dia-az.life olaraq bütün əlaqədar qurum və şəxsləri də dinləməyə hazırıq...

Geri qayıt