Əsas Səhifə > Hadisə, Manşet > Şeyxin gizli gəmiçilik biznesi...

Şeyxin gizli gəmiçilik biznesi...


2-11-2023, 08:36
Şeyxin gizli gəmiçilik biznesi...
DİA.AZ: - "Möhtərəm şeyximiz Hacı Allahşükür Paşazadənin vaxtilə Çexiyada sahib olduğu şirkət onun Avropadakı yeganə lövbəri deyilmiş. "Aynur KV" S.r.o. ilə bağlı sənədlər mətbuatda və sosial şəbəkələrdə geniş rezonans doğurandan sonra şirkəti MP İNTERNATİONAL S.r.o. adı ilə oğlunun adına yenidən qeydiyyatdan keçirən cənab Paşazadə az sonra onu birdəfəlik bağışlamaq məcburiyyətində qalmışdı". DİA.AZ bildirir ki, bunu öz növbəti araşdırmasında tanınmış mühacir jurnalist Cavanşir Həsənli qeyd edib.

C.Həsənli daha sonra qeyd edir: "Lakin möhtərəm şeyximizin 2016-cı il noyabrın 22-də Maltada qeydiyyatdan keçirdiyi ticarət gəmiçiliyi şirkəti hələ fəaliyyətini davam etdirir. Sənədlərə görə "MP TRADE SHIPPING LIMITED" Maltanın SANTA VENERA SVR 9033 ünvanında C78249 saylı lisenziya ilə qeydiyyatdan. Onun təsisçisi isə şeyx həzrətlərinin oğlu, Türkiyə vətəndaşı, İstanbulun Beşiktaş səmti, LEVAZIM MAH. SELEN SOK., SEBA FLORA SITESI 7, BLOCK NO.2G Ic KAPI NO. ünvanında qeydiyyatda olan Məhəmməd Paşazadədir. Şirkətin Maltadakı ünvanında isə Məhəmməd Paşazadənin gəmiçilik şirkəti ilə yanaşı Türkiyədə yaşayan məşhur işadamı Mübariz Mənsimova məxsus çoxlu sayda gəmiçilik şirkəti qeydiyyatdadır. Sənədlərdən məlum olur ki, 2017-ci ilin iyunun 6-da Mübariz Mənsimova məxsus ARMADA VOYAGER SİX gəmiçilik şirkəti öz səhmlərini Allahşükür Paşazadənin oğlunun adına olan MP TRADE SHIPPING LIMITED-ə keçirib. ARMADA VOYAGER SİX Mərkəzi Amerikada, Karib dənizindəki Sent-Kits və Nevis ada dövlətində qeydiyyatdadır, eyni adla Türkiyədə də fəaliyyət göstərir və Palmali şirkətlər qrupuna daxildir.
MP TRADE SHIPPING LIMITED-in okeanlarda neçə gəmiyə sahib olduğu və hansı ölkənin bayrağı altında üzməsi ilə bağlı təəssüf ki, heç bir məlumat yoxdur".

Şeyxin gizli gəmiçilik biznesi...
Şeyxin gizli gəmiçilik biznesi...
Şeyxin gizli gəmiçilik biznesi...
Şeyxin gizli gəmiçilik biznesi...
Şeyxin gizli gəmiçilik biznesi...
Şeyxin gizli gəmiçilik biznesi...
Şeyxin gizli gəmiçilik biznesi...

Məsələ ilə bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt