Əsas Səhifə > Hadisə, Manşet > Xaçmazda saxta ABADLIQ GÖRÜNTÜSÜ...
Xaçmazda saxta ABADLIQ GÖRÜNTÜSÜ...8-11-2023, 09:10 |
Ayrı-ayrı rayon rəhbərlərinin büdcə pullarını sağa-sola səpələmə naminə həyata keçirdikləri ABADLIQ OYUNUNUN mahiyyətindən əksəriyyətimiz xəbərdarıq. Bu kimi hallar adətən il sonu baş verir. Büdcənin dibində qalan vəsaiti "aformit" etmək üçün hərəkəə keçən məmurlarımız ya haranısa qazırlar, ya da abad olan bir ünvanı xaraba günə qoyub, "İŞ GÖRÜRÜK" görüntüsü yaradırlar. Eynən Xaçmazda olduğu kimi... Yuxarıdakı şəkli paylaşan Xaçmaz sakini Osman İmamov etirazını belə dilə gətirir: "Gül kimi kafelləri söküb yerinə tamet döşəyənə kimi, olmazdımı asvaltsız kənd və küçələri asvaltlayardız. Axı Xaçmaz təkcə Nəriman Nərimanov küçəsindən ibarət deyil..." *** Qeyd edək ki, narazı vətəndaşın gileyinə yerli məmurlar da reaksiya verib. Hətta Xaçmaz rayon İcra Hakimiyyəti də eyni postun altında müünasibət açıqlayıb: "Xaçmaz şəhərində abadlıq və quruculuq işləri təkcə Nəriman Nərimanov küçəsində deyil, mərhələli şəkildə digər küçələrdə də aparılır. Paralel olaraq daxili yolların təmiri və yeni asfalt örtüyünün salınmasıda tədbirlər planına uyğun olaraq davam etdirilir. O ki qaldı kəndlərarası yollara həmin yollarda növbəlilik əsasında yenidən qurulur. Nəzərinizə çatdıraq ki, bu il müvafiq sərəncama əsasən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (20 km)–Hülövlü–Sərkərli–Alıcqışlaq–Qədmalıqışlaq–Rəhimoba avtomobil yolu təmir edilib". *** Amma bu açıqlama belə nə yuxarıda qeyd ediyimiz İLSONU ABADLIQ BƏHANƏSİ təəssüratımızı dəyişən deyil, nə də başqa rəy formalaşdıracaq qədərində deyil. Çünki hər kəs həqiqətin mahiyyətinə tam bələddir. Yəni olmazdımı ki YARIMABAD ünvanlara yox, xarbalıqlara ilk növbədə əl gəzdirəsiniz? Siz Allah, deməyin ki, Xaçmazda xarabalıq yoxdur, hər yer güllük-Gülüstanlıqdır... DİA.AZ (Ərsoyun Blog'u) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |