Əsas Səhifə > Hadisə, Manşet > Onkoloji xəstəyə zülm edənlər kimdir...
Onkoloji xəstəyə zülm edənlər kimdir...9-11-2023, 09:59 |
Xətayi rayonundakı 98 saylı MKİS də var, onun rəisi Taleh Mirzəyev ad soyadlı rəisi də. Təəssüf ki, Taleh bəy vətəndaşa xidmət göstərmək, qayğısına qalmaq əvəzinə qonşular arasında konflikt yaradıb sonra da bundan bəhrələnmək üzrə “ixtisaslaşıb”. Adam hər hansı problemi yoluna qoymaq əvəzinə yanan ocağa, necə deyərlər, benzin tökməklə məşğuldur. Şikayətçi Laləzar Hüseynovanın dediklərindən aydın olan budur. Redaksiyamıza təşrif gətirən bu xanım onkolji xəstəlikdən əziyyət çəkir. Onu bu qədər yolu gəlməyə vadar edənlərin vicdanı sızlamasa da bizi xeyli narahat elədi. Laləzar Həsənova Köhnə Günəşli yaşayış massivində, İnqilab İsmmayılov küçəsindəki 30 saylı binada olan 3 nömrəli mənzilini xəstəliyi səbəbindən satmaq məcburiyyətində qalır. Mənzili satıb müalicəsinə xərcləyən laləzar beləcə qalır yurdsuz-yuvasız. Hələ mənzildə yaşadığı müddətdə blokun girişindəki piiləkənaltı sahəni sahmana salıb qapı qoyduran Laləzar xanım ora müəyyən əşyalar yığıbmış. Təbii ki, həmin sahə heç kimə məxsus olmadığından mənzil satıldıqdan sonra da Laləzar xanım həmin sahədən istifadə etməkdə davam edir.Onun vəziyyətini başa düşən, insanlıq naminə bu sahədən istifadə etməsinə şərait yaradan MKİS-in keçmiş rəisi Aftandil Novruzov da susur. Amma bu mənzilin təkrar satılmasına qədər çəkir. Təxminən 1 ay bundan əvvəl mənzilə yeni sakin köçür və qonşu Aydın ismayılov onu inandıra bilir ki, sən demə Laləzarın anbar kimi istifadə etdiyi sahə onun olmalıdır. Mənzilin yeni sahibi də eləmə tənbəllik, Aydın ismayılov və onun oğlu ilə birlikdə anbarın qapısını sındıraraq içəridək avadanlıqları, əşyaları damadağın edir. Bu hadisədən xəbər tutan Laləzar Həsənova gələrək ona məxsus əşyaların yerində olmadığını grdükdə mənzilin yeni sahibindən əşyalarını tələb edir. “Qara məni basınca mən qaranı basım” prinsipi ilə hərəkət edən sakin isə dərhal 98 saylı MKİS-in rəisi Taleh Mirzəyevə müraciət edir. Yeni sakinlə məsələnin həll yolu kimi Laləzar Həsənovadan tələb edir ki orada nəyin varsa götür, get. Amma Laləzar xanımın nəyi götürə biləcəyini heç aydınlaşdılrmaq belə istəmir. Adam Laləzar xanımı dinləmir belə. Dinləsəydi başa düşərdi ki, indi orada heç nə yoxdur.Şünki mənzilin yeni sahibi və qonşu Aydın İsmayılov qapını sındıraraq əşyaları aparıblar. Məcburiyyət qarşısında qalan Laləzar Həsənova vəziyyəti belə görüb Xətayi Rayon Polis İdarəsinə müraciət etməli olur. Laləzar xanım heç də həmin yerə iddialı deyil. Adam sadəcə oradakı əşyalarını tələb edir və bu məsələdə haqlıdır. Biz də inanırıq ki, Xətayi Rayon Polis İdarəsində onun bu haqlı şikayəti və tələbi həllini tapacaqdır. Lakin MKİS-ə yenicə gələn və hələ oturduğu yeri isinməyən Taleh Mirzəyev bu üsulla işləsə o binada, daha doğrusu 98 saylı MKİS-in ərazisində şox belə qovğalar yaşanacaqdır.Görünən budur. Aktualxeber.az Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |