Əsas Səhifə > Hadisə, Manşet > Ekologiya işçiləri yüzlərlə ağacı məhv edib

Ekologiya işçiləri yüzlərlə ağacı məhv edib


22-11-2023, 08:44
Ekologiya işçiləri yüzlərlə ağacı məhv edib
Yardımlı rayonunda meşələrin kütləvi şəkildə məhv edilməsi faktı qeydə alınıb.

Yerli sakinlərin AzToday.az-a təqdim etdiyi videolardan görünür ki, raayonun Nəzir kəndinin meşələrində yüzlərlə cavan ağac qırma sahəsi olmadan meşə təsərrüfatı mərkəzinin işçiləri tərəfindən kəsilib, UAZ markalı avtomobillərlə daşınıb.

Sakinlərin sözlərinə görə, sözgedən meşənin gözətçisi noyabrın 1-dən işdən çıxsa da, meşəyə indiyə kimi gözətçi təyin olunmayıb. Mövcud normativlərdə isə meşəyə dərhal nəzarətçi təyin olunmalı idi. Sakinlər bunun səbəbini meşələrin qırılmasına şərait yaratmaq olduğunu israrla bildirirlər.

Baş verən ekoloji cinayətin görüntülərini təqdim edirik:





Ümid edirik, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu dəfə Yardımlı meşələrindən merkantil məqsədləri üçün istifadə edən ekologiya işçilərini cəzalandıra biləcək…


Mənbə: AzToday.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt