Əsas Səhifə > Hadisə, Manşet > Naxçıvanda idarə rəsi VƏTƏNDAŞA QARŞI...

Naxçıvanda idarə rəsi VƏTƏNDAŞA QARŞI...


11-12-2023, 11:58
Naxçıvanda idarə rəsi VƏTƏNDAŞA QARŞI...
Naxçıvan şəhər sakini Dilşad Ələkbərova 31 ildir yaşadığı evindən çıxarılır. O deyir ki, hərbi şəhərcikdə olan mənzili Naxçıvanın Ali Məclisinin o vaxtlı sədri Heydər Əliyevin göstərişi ilə 1991-ci ildə münasib qiymətə alıb. Lakin, mənzilin bütün sənədləri yerində olsa da Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Mənzil İstismar İdarəsinin rəisi İlqar İsgəndərov onu evindən çıxarmaq üçün məhkəməyə müraciət edib. Dekabrın 16-da baş tutacaq məhkəmədə onun evdə çıxarılacağı gözlənilir. Bu səbəbdən o, prezidentə müraciət edərək, yardım istəyir.
2022-ci ilin avqustunda İlqar İsgəndərovun iddiası əsasında həmin ev bir dəfə Dilşad Ələkbərovanın əlindən alınıb. O, bir neçə ay küçələrdəki oturacaqların üzərində gecələməli olub. Lakin, dekabrda DTX əməkdaşları Naxçıvanda yoxlamalar aparakən, Dilşad Ələkbərova onlardan kömək istəyib və müsbət nəticə əldə edib. Məhkəmə yenidən qərar çıxararaq, mənzili onun özünə qaytarıb.
O, evinin yenidən əlindən alınması üçün qaldırılan iddiaya etiraz edir. Əgər məhkəmə bu iddianı təmin edərsə, o yenidən küçələrdə gecələməli olacağını bildirir.

Mənbə: "Gündəlik Naxçıvan"
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt