Əsas Səhifə > Hadisə, Manşet > Jurnalist icra başçısından NƏYİ XAHİŞ ETDİ...
Jurnalist icra başçısından NƏYİ XAHİŞ ETDİ...12-12-2023, 11:26 |
"Hörmətli, Araz müəllim. Masallıya rəhbərlik etdiyiniz müddətdə həm məcazi, həm həqiqi mənada çox zibilləri təmizləmisiniz – zibilliyə dönmüş zibilxanadan tutmuş, sağınızda solunuzdakı məşhur ZİBİLLƏRƏDƏK (Aydın Canın sözü olmasın “Bildiniz də kimləri deyirəm”). Yəqin ki, zamanı gəldikcə digər “ordeni-medallı”, saxta, əməlləri ikrah doğuran, mələk, müdrik “çadrasına” bürünmüş “zibillər” ə də növbə çatacaq. Bu zibil söhbətin qabartmaqda isə məqsədim başqadır. 2 ildən artıqdır ki, Səməd Vurğun küçəsinin qərb tərəfindəki keçmiş 1 saylı Uşaq Bağçasının binası sökülüb qurtara bilmir. Ən azı 3-4 dəfə biz yazmışıq, elə səlahiyyətli şəxs qalmayıb ki, şəxsən özünə deməyək. Lakin söküntü qurtarmır ki, qurtarmır. Hazırda 2 həftədir ki, orada zibil qalaqlanıb, lakin daşınmır. Onun görünüşü bir yana, maşınların hərəkətinə ciddi mane olur, bir neçə qəza da olub. Mümkünsə, bu işə cavabdeh olan bəzi “qızıllara” deyin, oradakı zibilləri təmizləsinlər. Həm də arzu edirik ki, gözümüzü yağır etmiş “əbədi zibilləri” də təmizləməyi unutmayasınız. Müəllif: Zahir Əmənov Mənbə: cenub.az Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |