Əsas Səhifə > Hadisə, Manşet > Naxçıvanda XANLIQ REJİMİ hələ də davam edir...
Naxçıvanda XANLIQ REJİMİ hələ də davam edir...30-12-2023, 12:42 |
"Cənab "canişin", yeni vəzifəyə təyin olunmamışdan əvvəl başınız istehsalata qarışdığından bu gün xüsusi nümayəndəsi olduğunuz Prezident İlham Əliyevin məmurlara məsləhətlərini böyük ehtimalla dinləməmisiniz. Normal hadisədir və sizi qınamıram da. Amma indi gərək onun məsləhətlərini hardansa tapıb oxuyasınız və işinizi bu istiqamətdə qurasınız". Bu etirazla ovqat.com saytının baş redaktoru Heydər Oğuz çıxış edib. H.Oğuz daha sonra Naxçıvan Muxtar Respublikasının hazırki rəhbərliyinə xitabən qeyd edib: "Təbii ki, sizə bu işdə məsləhətlərinə ehtiyac duyduğunuz "ülvilər", "ramizlər" kömək etməlidir. Onlar isə "xan"ın kadrları olduğundan Prezidentin yox, öz ağalarının sözlərinə qulaq asıblar. Və yəqin ki, onların da Prezidentin tövsiyələrindən xəbəri olmayıb. Belə baxanda mən onları da qınamıram. Odur ki, Prezidentin bir məsləhətini sizin diqqətinizə özüm çatdırmaq istəyirəm: "Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir". Mənbə: “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı. Tarix: 30 Yanvar 2017-ci il. Naxçıvandan redaksiyamıza ünvanlanan bir çox məktublar isə Sizin xidmətçisi olduğunuz əsl əfəndinizin şikayətlərini qulağınızı tıxadığınızı göstərir. Çalışın, "xan" rejimi qırıntılarının tövsiyələrinə çox önəm verməyəsiniz. Onlar keçmişin qalıqlarıdırlar və bu günün siyasəti başqa cür yanaşmaları tələb edir. Siz də kim olursunuzsa olun, yeni tələblərə cavab verəcəyiniz qədər o vəzifədə otura biləcəksiniz". Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |