Əsas Səhifə > Hadisə, Manşet > “Cəmi 100 metr yoldur, hər qar-yağışdan sonra təhlükəli olur”

“Cəmi 100 metr yoldur, hər qar-yağışdan sonra təhlükəli olur”

17-01-2024, 09:30
“Cəmi 100 metr yoldur, hər qar-yağışdan sonra təhlükəli olur”
Sabunçu rayon Zabrat qəsəbəsinin Fərman Salmanov küçəsində yaşayan sakinlər son günlər yağan qar və yağışdan sonra yollarının keçilməz vəziyyətə düşdüyünü deyirlər.

“Qafqazinfo”ya müraciət edən bir qrup şikayətçi bildirib ki, yolda yaranan çuxurlara yağıntı suları dolur və bu, insanlara çətinlik yaradır: “Cəmi 100 metr yoldur, amma yağışdan sonra belə demək olarsa, günlərlə özünə gəlmir. Yaranan gölməçələrə görə uşaqlar, yaşlılar bu yoldan istifadə edə bilmir. Gecənin qaranlığında isə ümumiyyətlə, bu yoldan istifadə etmək təhlükəlidir. Müraciətlərimizə də baxan yoxdur”.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, rayonun digər qəsəbələrində olduğu kimi Zabrat qəsəbəsində də qəsəbə və məhəllədaxili yolların təmiri aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Dövlət İnvestisiya Proqramları çərçivəsində həyata keçirilir: “Bununla bağlı sözügedən qəsəbənin Fərman Salmanov küçəsinə asfalt örtüyünün vurulması ilə əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən 08.12.2023-cü il tarixli, 5-18/2-1253/2023 saylı məktubla aidiyyəti üzrə müraciət olunub”.

Şikayətlə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə də müraciət etdik. Qurumun mətbuat katibi Anar Nəcəfli isə bildirdi ki, qəsəbədaxili küçələr onların balansında deyil: “Yalnız investisiya proqramı daxilində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işləri icra olunur. Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət əsasında əgər həmin ərazilər investisiya proqramına daxil edilərsə, o zaman agentlik tərəfindən təmir işləri baş tuta bilər. Necə ki, həmin rayon üzrə adiyyətı müraciət əsasında ötən il investisiya proqramına Zabrat qəsəbəsi üzrə Kamran Qasımov küçəsi daxil edilib. Həmin küçənin yollarında təmir işləri icra olunub. Adıçəkilən küçəyə görə də, müvafiq olaraq adiyyəti üzrə müraciət olunmalıdır ki, investisiya proqramına daxil edilsin. Bundan sonra maliyyə vəsaitləri ayrılaraq təmir işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə olunacaq”.

Geri qayıt