Əsas Səhifə > Hadisə, Manşet > Prezidentə kütləvi şikayət: N saylı hərbi hissədə nə baş verir?

Prezidentə kütləvi şikayət: N saylı hərbi hissədə nə baş verir?


24-01-2024, 16:01
Prezidentə kütləvi şikayət: N saylı hərbi hissədə nə baş verir?
“N” saylı hərbi hissədə çalışan Yevax rayonun bir qrup sakini (70 nəfətr) ölkə başçısı İlham Əliyevə kütləvi şəkildə videomüraciət ünvanlayıb.

Gununsesi.info-nun məlumatına görə, şikayətçilər iddia edirlər ki, onların qanunvericiliklə nəzərədə tutulan hüquqları Müdafiə Nazirliyi tərəfindən tanınmır.

Həmin müraciətin mətinini və videosunu təqdim edirik:

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan möhtərəm İlham Əliyevə 44 günlük Vətən müharibəsi dövründə arxa cəbhədə iştirak edən biri Şəhid anası, ikisi Şəhid ailəsi olmaqla 70 nəfər mülki şəxs tərəfindən

Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ

Möhtərəm cənab Prezident, yazıb sizə bildiririk ki, biz 44 günlük Vətən müharibəsi dövründə 033 saylı hərbi hissənin mülki işçiləri komandanlığın rəsmi göstərişi ilə Maddi-texniki təminat taborunun tərkibində ön cəbhədə – döyüş bölgəsində 3000-5000 nəfərlik şəxsi heyətin bütün təminat növlərinin yerinə yetirilməsində gecə-gündüz dayanmadan iştirak etmişik. Hərbi sursatların-ağır atrileyra və top mərmilərinin yüklənməsi, daşınması, döyüş nöqtələrinə boşaldılması, ərazidən yığılması, vurulmuş hərbi texinkaların yüklənməsi və təmiri, geyimlərin daşınması və yuyulması, bütün növ ərzaqların daşınaraq təminat nöqtəsinə çatdırlması, çörək bişirilməsi və s. işləri yorulmadan, usanmadan həyata keçirmişik. Ancaq ötən dövr ərzində bizim hüquqlarımız kobud şəkildə pozulub və biz “Vətən müharibəsi iştirakçısı” statusu ala bilməmişik.

Baxmayaraq ki, müharibədən sonrakı ilk vaxtlarda bizim müvafiq sənədlərimiz aidiyyatı üzrə Müdafiə Nazirliyinə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Hətta bizə veteranlar üçün ödənilən müavinətə görə plastik kartlar belə verilmişdi. Amma bizə bəlli olmayan səbəblərdən, kimlərinsə qanunsuz müdaxiləsindən sonra bizim “Vətən müharibəsi iştirakçısı” statusumuzun qarşısına sədd çəkdilər. Konkret desək, bu məsələ hərbi hissə tərəfindən müvafiq qaydada əmrləşdirilməyib. Bizə bildirilib ki, 1-ci Ordu Korpusun o zamankı rəhbərliyi Hikmət Həsənovun vaxtında təsdiqini tapsa da, sonrakı komandan Qiyas Abbasov bizə bəlli olmayan səbəblərdən buna imkan verməyib. 033 nömrəli hərbi hissənin komandiri İqbal Şərbətov isə bizim üzləşdiyimiz qanunsuzluğun aradan qaldırılması istiqamətində heç bir addım atmır. Deyir ki, mən heç kiməm, mənim heç bir səlahiyyətim yoxdur. Yuxarılar göstəriş versin, mən də aidiyyatı sənədləri korpusa və nazirliyə təqdim edim. Amma yenə də bir çox məqamlar bizə qaranlıqdır…

Cənab Ali Baş Komandan, bir sözlə, Sizin 26 noyabr 2020-ci il tarixli 204-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması və dövlət sərhədlərinin mühafizəsi zamanı arxa cəbhədə döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsində fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə fədakar əməyinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşlarının təltif edilməsi, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 fevral 2022-ci il tarxli sərəncamı ilə Azərbaycan Respublikasının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə ön cəbhədə fədakarlıq göstərmiş mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin əməkdaşları və mülki işçiləri “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsi qaydaları bizə şamil edilməyib (baxmayaraq ki, Bakıda komfortlu kabinetlərdə istirahət edənlərin bəziləri həm “veteran”, həm də “qəhrəman” statuslarına sahiblənib).

Möhtərəm cənab Prezident, onu da diqqətinizə çatdıraq ki, biz təkcə 44 günlük Vətən savaşında deyil, həm “Aprel döyüşləri”ndə, həm də 23 saatlıq anti-terror tədbirlərində arxa cəbhədə tam gücümüzlə çalışımışıq və bütün növ təminatların çatdırılmasında iştirak etmişik.

Cənab Ali Baş komandan, ona görə Sizdən xahiş edirk ki, bizim pozulmuş hüquqlarımızın, yeyilmiş haqlarımızın bərpa olunması üçün müvafiq qaydada göstəriş verəsiniz! Öncədən minnətdarlığımızı bildiririk!”

Müdafiə Nazirliyindən göndərilən cavab məktubunda isə yaradılmış vəziyyətin səbəbləri tam şəkildə aydınlaşdırılmır.


Geri qayıt