Əsas Səhifə > Hadisə, Manşet > Mübariz Mənsimov belə Azərbaycan sevdalısıdırsa...

Mübariz Mənsimov belə Azərbaycan sevdalısıdırsa...


10-02-2024, 11:20
Mübariz Mənsimov belə Azərbaycan sevdalısıdırsa...
"Mahsun Kırmızıgül yeni mahnısında Urmu gölünü kürd gölü adlandırmaqla dünyanın hər yerində türklərin qəzəbinə tuş gəlib. Birdən-birə belə qələt etməyinin əsl səbəbi yəqin bilinəcək. Ən doğrusunu çox güman Mübariz Mənsimov bilər". dia-az.life bildirir ki, bunu öz açıqlamasında jurnalist Sima Babayeva qeyd edib.
"Axı Mahsunun dostu, can qardaşıdır. Hələki dostunun son hərəkətindən sonra Mübarizin səsi çıxmır" deyə etirazını davam etdirən jurnalist daha sonra əlavə edib: "Amma o həbs olunanda Mahsun dəstək olmuş, məhkəmədə ifadə vermiş, hətta Mənsimov türmədən çıxanda onu qarşılamışdı.
Mənim kürdlərə qarşı heç bir kin-küdurətim yoxdur.
Azərbaycanda da kürd vətəndaşlar var. Qaynayıb-qarışıb mehriban yaşayırlar.

Mübariz Mənsimov belə Azərbaycan sevdalısıdırsa...

Eləcə də Türkiyədə də firavan güzəranları var. Ancaq PKK və başqa terror təşkilatlarında birləşən separatçı kürdlər də var ki, kimlərinsə alətə çevriliblər.
Türk əsgəri illərdi onlara qarşı mübarizə aparır. Araşdıranda məlum olur ki, bunların çoxu yezidi və erməni mənşəli adamlardı.
İndi bu Mahsun Kırmızıgülün qəfildən belə hərəkətə yol verməsi çox maraqlıdır.
Bilərəkdən PKK-çıların dəyirmanına su tökür. Terrorçuların dediklərini musiqinin dili ilə çatdırır.
Məgər Mahsun bəy bilmir ki, ora tarixi türk torpaqlarıdır? Bilmirsə, dostu Mübariz Mənsimovdan öyrənsin.
Amma kimi kimə tapşırırıq. Erməni ilə şərikli iş görən işbaz Mübarizin dostu da bundan artıq ola bilməzdi.
Biri FETÖ ilə əməkdaşlıqda şübhəli bilinir, özü haqqında yalan tarix uydurur, Azərbaycan balalarının təhsil aldığı məktəbə qarşı dava aparır, digəri də torpaqlarımızı mahnılarında özünküləşdirir.
Elə bir-birinə yaraşan dostdurlar. Mahsunun qardaşlığı Mübariz Mənsimovun 7 fevraldakı prezident seçkilərində mövqeyi də qəribə olub.
"Palmali" Şirkətlər Qrupundan cəmi 3 nəfər səsvermədə iştirak edib. Qalan heç bir işçi səs verməyib.
Əgər Mübariz Mənsimov özünü təqdim etdiyi kimi həqiqətən Azərbaycanı sevəndirsə, onda dövlət başçısının seçiminə biganə qalmamalı idi. Ona görə biganə qalıb ki, Avropadakı bloger dostlarının xətrinə dəyər".

Geri qayıt