Əsas Səhifə > Hadisə, Manşet > “Diqlas” ticarət mərkəzindəki olaydan ziyana düşən Qazimiz KÖMƏK İSTƏYİR
“Diqlas” ticarət mərkəzindəki olaydan ziyana düşən Qazimiz KÖMƏK İSTƏYİR23-02-2024, 11:32 |
Bakı, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, bina 9, mən.133-də yaşayan 1-ci Qarabağ Müharibəsi qazisi, 2-ci qrup müharibə əlil Məmmədov Vüqar Bəşarət oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Bir nüsxəsi də dia-az.life-ya daxil olan müraciədə deyilir: 2Xatırlatmaq istəyirəm ki, Mən 11 il idi ki, Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində bir şöbəni götürüb xırda ticarətlə məşğul olurdum. Məlum 2019-cu ilin mart yanğınından sonra bu ticarət mərkəzindəki bütün əmlakımız tam yandı.Və bizə cəmi 35000 manat təzminat ödənildi. Mən bu pulla yenidən bir ticarət yeri açmaq üçün əvvəlcə işlədiyim yerə yaxın olan “Diqlas” TM-nin arxasındkı Nizami rayonu üzrə Qarabağ Əlillər Cəmiyyətinə məxsus- balansındakı istifadəsiz qalmış, təmirsiz, dağlıb –tökülən 18x13m ölçüdə olan boş ərazidə yenidən bir ticarət obyekti açıb işlətmək üçün əlimdə olan nağd 41520 manat pulu buranın tikintisinə yatırdım. Və məsləhət gördülər ki, əvvəllər bu ərazidə alverdən yığılan pulların qazancı olaraq əlillər Cəmiyyətinə yer sahibi kimi hər ay 1000 manat pul köçürürdülər. Mən də istədim ki, burada yenidənqurma işləri apardıqdan sonra Cəmiyyətə hər ay ən azı 5000 manat ödəyim. Ona görə də tikinti işləri tamamlandıqdan və istifadəyə verildikdən sonra Cəmiyyətin hesabına köçürülüməsi üçün Cəmiyyətin Nizami rayonu üzrə sədr müavini olan İzzət Şirinov adlı şəxsə hər ay icarə haqqı olaraq 5000 manat nağd pul verirdim. Qeyd edim ki. burada yenidən dəmir konstruksiyalar, asfalt, taxta, dəmir və plastik materiallardan istifadə etməklə 13 ədədə xırda ticarət otağı yaratmış, 2-ci mərtəbədə isə 2 otaqlı ofis yeri yaratmışdım. Mən cəmiyyətin sədr müavinilə ayı 5000 manat icarə haqqını şifahi razılaşma əsasında 3 ay özüm tək işləyib ödədim. Lakin Fizuli qaçqını ona verdiyim 5000 manatla kifayətlənmədi və məni 41520 manat qoyduğum vəsaiti mənimsədi. Məni də hətta şəxsi əşyalarımı mənimsəyərək qovdu. Hazırda Mən ailə başçısı olaraq evə yalnız pensiya gətirən adamam. Həyat yoldaşım xəstəliyi ucbatından işləyə bilmir. 2 qız və 1 oğlan övladım isə orta məktəbdə təhsil alırlar. Ailəmin bir az normal dolanması üçün mən də işləməyə məcburam. Ona görə də arzu etdiyim bijuteriya alqı-satqısı üçün metronun “Xalqlar dostluğu” metrostansiyasında 1 hazır ticarət köşkü və “Qara Qarayev “stansiyasında da bir uzaq küncdə 2 ədəd ticarət kiosku uzun müddətdir ki, boş olan yerlərdən birini icarəyə götürüb işlətmək istədim.Ona görə Mən də bu kiosklardan birində xırda ticarətlə məşğul olmaq üçün AR-nın Metropoliten rəisi cənab Zaur Hüseynovun adına 24 yanvar 2024-cü il tarixli ərizə ilə müraciət edərək bildirdim ki, “Siz hansı təyinat üzrə məsləhət görərsinizsə, mən də həmin təyinat üzrə mənə təqdim ediləcək kiosku icarəyə götürüb işlətməyə hazıram.” Bakı Metropoliteni QSC-nin Aparat Rəhbəri Tərlan Dadaşovun imzaladığı 14 fevral 2024-cü il tarixli cavab məktubunda yazılır: “ Sizin ərizənizə baxılmışdır. Bildiririk ki, müraciətinizdə qeyd edilən xahişi təmin etmək mümkün deyil”. Budur, rəsmi məktubda heç bir izahat verilmir. Nəyə görə uzun müddət boş qalmış 3 ədəd kiosku mənim kimi Qarabağ qazisinə, əlilə vermək mümkün deyil? Axı mən tələb olunan icarə haqqını əvvəlcədən verməyə hazıram. Təki mənimlə müqavilə bağalansın. Onu da qeyd edim ki, bu məslə ilə bağlı mən son bir ayda 4 dəfə cənab Zaur Hüseynovun qəbuluna düşmək istəmişəm. Qarabağ qazisi olduğumu bilən kimi, deyirlər ki, sədr məşğuldur, iclasdadır, qonağı var və s. Yalanlar. Cənab Ali Baş Komandan! Xatırladım ki, mən də vaxtilə 1-ci Qarabağ mühribəsində iştirak etmiş və ağır yaralanmışam. 2-ci qrup əlil olmuşam. şəkər xəstəsiyəm. ailəmə yalnız mən çörək aparıram. İndi mən Metropoliten rəisi nə mənimlə görüşməyə, nə də toz basmış kiosklardan birini mənə vermək istəmir ki, ailəmi dolandırım. Axı mən bunun üçünmü müharibədə qanımı töküb 2-ci qrup əlil olmamışam ki, Zaurun oğlu Həbib Hüseynov 2016-cı ildən sonra ıldı etdiyi və dəyəri milyonluq olan avtomobillərini Bakının küçələrində sağa -sola sürsün? Cənab Prezident Sizin hər rəsmi çıxışınız zamanı dönə dönə dövlət məmurlarına xəbərdarlıqlar etmisiniz ki, şəhid və qazi ailələrinə qarşı bütün dövlət məmurları xüsusi qayğı göstərməli, onların problemlərini yerində həll etməlidirlər. Budur son bir aydır ki, Metropoliten rəisi Sizin iradənizin əksinə olaraq məni süründürməçiliyə salır və Apparat rəhbəri də heç bir əsası olmayan bürokrat cavabı verərək məni yola verir. Ona görə də Sizdən xahiş edirəm ki, “Bakı Metropoliten QSC-nın sədri cənab Z. Hüseynova göstəriş verəsiniz ki, məni qəbul etsin. Və xahişimə əsaslandırılmış cavab versin. Əvvəlcədən minnətdarlığımı bildirirəm". Geri qayıt |