Əsas Səhifə > Hadisə, Manşet > "Belə məsuliyyətsiz başqa bir şirkət görməmişəm..."
"Belə məsuliyyətsiz başqa bir şirkət görməmişəm..."21-03-2024, 10:20 |
"Şikayətim “Citynet“ internet şəbəkəsindəndir". dia-az.life bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Aişə Ağayeva adlı istifadəçi giley edir. Narazı vətəndaş daha sonra bildirir: "Hər gün bir neçə saat internet kəsilir və ya çox zəif olur. Operatorlar eyni sözü deyir... "avadanlıq işi gedir o ərazidə", və ya "problem görünmür... söndürüb yandırın" (nəticədə yenə də düzəlmir ). Texniki servis istəyirəm gəlsin baxsın... qeydə almırlar istəyi. Belə məsuliyyətsiz, belə müştəriyə kömək etməyən başqa bir şirkət görməmişəm, eşitməmişəm..." Geri qayıt |