Əsas Səhifə > Hadisə, Manşet > "Saat 13-dən sonra sığortalıların qəbulu pulludu..."

"Saat 13-dən sonra sığortalıların qəbulu pulludu..."


3-04-2024, 10:33
"Saat 13-dən sonra sığortalıların qəbulu pulludu..."
"Sığorta şirkətləri həkimlərə o qədər az pul ödəyirlər ki, həkimlər sığortalıları sadəcə başdan eləyirlər". dia-az.life bildirir ki, bunu öz gileyində neftçi Fəxri Qurbanlı qeyd edib.

"Bu xüsusillə Mərkəzi Klinikada belədir" deyən narazı vətəndaş daha sonra əlavə edib: "Saat 13-dən sonra (əsas binada) sığortalıların qəbulu pulludu. 13-ə qədər isə "əməliyyatdadırlar"..."

dia-az.life bildirir ki, sözügedən məsələ ilə bağlı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının eksperti Azər Quliyev xüsusi açıqlama ilə çıxış edib. Ekspert deyir:

"İşçilərin hüquqlarını daha çox pozan qurum və ya təşkilatlardan biri də tibbi Sığortalardı. Fiktimcı, əslində bu təşkilatlara sığorta deyil, başqa adla adlandırmaq daha düzgün olardı.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulur ki, hər bir işəgötürən: Tibbi sığorta haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada hər bir işçinin icbari tibbi sığortalanmasını təmin etməlidir.

Şübhəsiz ki, işəgötürənlərin əksəriyyəti həm qanunu əsas tutub, eyni zamanda xoş niyyət ilə kifayət qədər vəsait ödəyib, öz işçilərini tibbi sığorta edir. Əsl problem isə bundan sonra başlayır.

Sığorta təşkilatlarının əksəriyyəti isə çalışır ki: ilk olaraq tibbi sığorta müqaviləsinə daha az müalicə xəstəlikləri yazsın, daha ağır və pul vəsaiti tələb edən xəstəliklərı, müayinə və ya müalicələr yazılmasın, hər imkandan istifadə edib müxtəlif əsassız və qanunsuz bəhanələrlə sığorta pulunu ödəməsin, bir gündə daha az sayda müalicə və müayinə ilə əlaqədar həkimə müraciət olunsun, ödəniş az edilsin, daimi olaraq şablon sözlərdən istifadə edilməklə "sizin müayinə, müalicəniz sığorta müqaviləsində yoxdur " kimi bəhanə və imtinalardan istifadə etsin və sair..."

Yəni aydın olanı odur ki, konkret olaraq Mərkəzi Klinik Xəstəxanasında ölkə qanunları qulaqardına vurulur...

Geri qayıt