Əsas Səhifə > Hadisə, Manşet > Şərurda RENTGEN LİMİTİ...

Şərurda RENTGEN LİMİTİ...


22-04-2024, 10:12
Şərurda RENTGEN LİMİTİ...
"Naxçıvan MR-in ən böyük rayonu olan Şərurda cəmi bir yerdə rentgen aparatı var". dia-az.life bildirir ki, bu barədə tanınmış jurnalist Məhəmmədəli Qəribli məsələ qaldırıb.

Qeyd edək ki, sakinləri arasında kifayət qədər tanınmış və nüfuzlu iş adamlarının olduğu Şərur rayonunda bu kimi məsələlərin problem həllində olması sosial şəbəkə yazarları tərəfindən də qınaqla qarşılanaraq, məsələn, " "Şərurlu İsfəndiyar" hardadır ki..." şəklində reaksiyalar da verilib.

M.Qəribli isə öz sözlərini belə davam edir: "Naxçıvan MR-in ən böyük rayonu olan Şərurda cəmi bir yerdə rentgen aparatı var. O da Şərur Rayon Mərkəzi Xəstəxanasındadır. Bu aparat uzun müddətdir işləmədiyi səbəbindən əhali rentgen etmək üçün , 65 kilometr məsafəni qət edib, Naxçıvan şəhərinə getmək məcburiyyətində qalır.

Ora gedənlərə idə deyirlər ki, İcbari Tibbi Sığorta xətti ilə gələnərdən cəmi 30 nəfəri rengendən keçirmək imkanı var. Bir sözlə, əhali zülm çəkir.

Məgər , Şərur böyüklüyündə bir rayonu normal rentgen aparatı ilə təchiz etmək belə çətin məsələdir?"


Geri qayıt