Əsas Səhifə > Hadisə, Manşet > "Axı nə qədər imtahan olar? Bəsdirin də..."
"Axı nə qədər imtahan olar? Bəsdirin də..."24-04-2024, 09:56 |
"SOCAR Təhlükəsizlik İdarəsi rəhbərliyinin, işçini qeyri qanuni işdən azad etmək üçün tədbiq etdiyi "imtahan layihəsi" ölkənin Əmək qanunvericiliyinə ziddir və şirkət tərəfindən qarşısı alınmalıdır!" dia-az.life olaraq bu məsələ ilə bağlı material da təqdim etmişdik. YAZISI BURADA: Əli qabarlı neft çalışalanları bu bəhanə ilə İŞDƏN ATILA BİLƏR... - Rəhbərliyin ƏLYERİ vasitəsi... Qeyd edək ki, bu məsələ geniş rezonansla yanaşı çalışanların - əli qabarlı neftçiləri etirazları ilə də müşaiuyət olunmaqdadır. Məsələn, neftçilərdən biri mövcud İMTAHAT TƏLƏSİ ilə bağlı bunları yazır: "Axı nə qədər imtahan olar? Bəsdirin də... əl çəkin bizlərdən, belə olmaz. Nə qədər adamı işdən (qanunsuz imtahanla,az bal yığanları quruya, az maaşa yəni) xaric etdiniz, işsiz qoydunuz, insafınız olsun. Sizinki baladı, bizimki bala deyil? Yediyiniz çörəyi necə yeyəcəksiniz?.. Uşaqların hazırlığı var, banklara borcu var hamının, nə qədər problemlərimiz var.... Mən uşaqlara utana-utana dedim sizləri hazırlıqdan çıxarası olacağam... çox pis oldular. Mən necə atayam ki, uşaqlarımın qarşısında aciz qaldım? Nə deyəcəyimi bilmədim... Biz sizin düşməniniz deyil, biz də bu dövlətin vətəndaşlarıyıq..." Geri qayıt |