Əsas Səhifə > Hadisə, Manşet > "Ölkəni AKADEMİK RÜŞVƏTDƏN xilas etmək lazımdır"
"Ölkəni AKADEMİK RÜŞVƏTDƏN xilas etmək lazımdır"30-04-2024, 09:36 |
"Bir akademik titullu şəxs rüşvət və ya dövlət büdcəsini mənimsəmə yolu ilə varlanıbsa, bilin ki, o, qatil, alçaq, vicdansız, antimilli, satqın və xain olmaqla yanaşı dövlət və millət üçün xarici düşməndən 3 dəfə çox təhlükəlidir. Ölkədə nə qədər uşaq qidasızlıqdan həlak olur, insanlar gənc ikən xəstələnib ehtiyac üzündən dünyasını dəyişirlər". dia-az.life bildirir verir ki, bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov son olaraq AMEA-da yaşanan eybəcərliklərə etiraz olaraq qeyd edib. İdris Abbasov Dilçi-alim daha sonra ad çəkməsə də, çox ağır ittihamlar səsləndirərək, vurğulayıb: "Akademik rüşvət (rüşvətin təməli elm və təhsildə qoyulur) və qida oğurluğu sosial-iqtisadi fəlakətin baçlıca səbəbidir. Təsəvvür edin, ana körpəsini yedizdirtmək istəyir, qida yoxa çıxıb. Sən demə, vəhşiləşmiş akademik nəfs bu dəfə də qidanı mənimsəyib və ana çarəsiz halda qida dalınca özünü oda-közə vurur, aclığa dözməyən körpə isə dünya ilə vidalaşır. Körpənin can verdiyi vaxt rüşvətxor akademik millətin həyatda qalan digər övladıarı ilə məzələnirdi. Rüşvətə qurşanmış cəmiyyətin fərdləri topla, tankla, raketlə və ya dronla deyil, daxili düşmənlər tərəfindən beləcə sakitcə məhv edilirlər. Ölkəni ilk növbədə bütün xəyanətlərin rüşeymi olan akademik rüşvətdən xilas etmək lazımdır. Rüşvət üstündə yaxalanan akdemik, rektor, prorektor, direktor, dekan, professor, dosent və bu qəbildən olan bütün ziyanvericilərin üzünə tüpürülməli və onlara qarşı səfərbərlik elan olunmalıdır". Geri qayıt |