Əsas Səhifə > Hadisə, Manşet > Xarab məhsul satırlar... hələ müştərini də incidirlər...

Xarab məhsul satırlar... hələ müştərini də incidirlər...


2-05-2024, 11:04
Xarab məhsul satırlar... hələ müştərini də incidirlər...
Bizdə hələ də istər xidmət sektorunda olsun, istər ticarət sektorunda olsun... "müştəri məmnuniyyəti", müştəri hüquqları" kimi anlayışlar ya yoxdur, varsa da nəzərə alınmır. Maləsəf istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan dövlət qurumlarının da yetərsiz müdaxilələri və yaxud da adətən monopolist bizens qurumlarını müdafiə etməsi faktı toxunduğumuz problemi hər zaman aktual saxlamaqdadır.

dia-az.life olaraq təqdim edəcəyimiz giley xarakterli müraciət də bu qəbildəndir.

Xarab məhsul satırlar... hələ müştərini də incidirlər...

Kəmalə Əzizova adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında yazır:

" "Soliton" mağazasından (metronun "Xalqlar Dostluğu" stansiyası yaxınlığı) aldığım ət maşını problemli olduğu halda geri qaytarılmır.

1 aydır mağazaya getməkdən, 180-ə zəng etməkdən yorulmuşam. Mənə köməklik edin".

Geri qayıt