Əsas Səhifə > Hadisə, Manşet > "Kimin vergidən yayına bilib-bilməməsini özləri həll edirlər"
"Kimin vergidən yayına bilib-bilməməsini özləri həll edirlər"10-05-2024, 11:06 |
"Vergi Xidmətindən daha çox “Roma papası” olmuşam". dia-az.life xəbər verir ki, bunu öz gileyində tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib. Ə.Həsənov vergi xidmətindəki qeyri-şəffaflıqdan şikayətçi düşüb və bildirir: "Vəkil fəaliyyətimdə qarşılaşdığım İki halla bağlı Xidmətə müraciət etmişəm ki, filankəslər böyük ehtimalla vergidən yayınır, amma üstündən 2 ay ötsə də nədənsə vergi işçiləri məsələləri araşdırmağa tələsmir. Məni qəbul etmirlər, formal məktublar yazırlar. Deməli, birinci halda avtodayanacağı işlədən şəxs ödənişləri qeyri-rəsmi qəbul edir. İkinci halda isə çoxmərtəbəli binanı eyni şəxsə mənsub olan iki hüquqi şəxs idarə edir, halbuki qanuna görə binanın bir idarəçisi ola bilər (yəqin ki, ƏDV-dən yayınmaq üçün işi bölüblər). Belə çıxır ki, Vergi Xidməti elə əvvəlki dövrlərdə olduğu kimi yenə də hamıya bir gözlə baxmır, kimin vergidən yayına bilib-bilməməsini özü həll edir... Geri qayıt |