Əsas Səhifə > Hadisə, Manşet > DSMF-in pensiya departamentinin müavini Rəfiqə Bayramova ƏƏSM naziri görəvindədir?

DSMF-in pensiya departamentinin müavini Rəfiqə Bayramova ƏƏSM naziri görəvindədir?


16-05-2024, 11:34
DSMF-in pensiya departamentinin müavini Rəfiqə Bayramova ƏƏSM naziri görəvindədir?
ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat Mərkəzi Filialının
dövlətin sosial müdafiə siyasətini sosial mənimsəmə siyasətinə çevirməsi
danılmaz faktdır. Başına gələn başmaqçı olar, deyiblər. Artıq 13-cü aydır
sözügedən filial nəinki pensiyanı düz hesablayır, əksinə, 7 il qabaq
məhkəmə qərarı ilə ayrılan əlavəni də 6 ildən sonra özbaşına kəsib,
ƏƏSMN-də qanunun , Konstitusiyanın, məhkəmənin yox, məmurun rüşvət,
mənimsəmə, yem haqqının ən yüksək qüvvədə olduğunu diqtə edir(lər).
Mənimsəmə “aliliyinə” baxın, keçən ilə nisbətən Qarabağ əlilinin pensiyası
155 manat artmaq yerinə, 30 manat azalıb. (?) Belə çıxır, indeksasiya
pensiyanın azalmasına gətirir, pensiyaçı inflyasiyadan pensiyasının
azaldılması ilə “qorunur”?! Budur dövlətin sosial müdafiə siyasəti?
Yeri gəlmişkən, DSMF sədrinin İsveçrəyə səfəri zamanı bazar günü 3 mart
2024-cü ildə həmkarlar komitəsinin təklifi ilə keçirilən referendumda
isveçrəlilər pensiya yaşının artırılmasının əleyhinə, pensiya
ödənişlərinin isə artırılmasına səs veriblər. Beləliklə, İsveçrə Həmkarlar
İttifaqının 12 aylıq pensiyadan əlavə hər il 13-cü pensiyanın
verilməsi təklifi dəstək qazanıb. Bizdə isə heç 12 aylıq pensiya yerinə 11
aylıq ödəniş verilir, nəinki referenduma, heç təkbaşına ƏƏSMN, DSMF
qarşısında etiraza da BŞİH icazə vermir. Həmkarlar komitəsi bir yana, heç
Ombudsman da nəinki təklif verir, əksinə, hüquq pozuntusuna, pensiyaçı,
qazi ödənişinin mənimsənilməsinə haqq qazandırır. Heç 13 aydır sıradan
bir məmur referendumla qəbul olunan dövlətin Ana Qanununu –
Konstitusiyasını ayaqaltı edir, dövlətin sosial müdafiə siyasətinə cavabdeh
edilən şəxslər “bizdə belədir, bura İsveçrə deyil” deyir. Özü də ƏƏSMN-in
100-cü-200-cü dərəcəli məmurunun 13 aylıq “dedığım dedikdir” şablon
cavabı ilə. Neyləmək olar, Anadolu türkləri demiş, burası Azərbaycandır!
İndicə elektron poçta DSMF-in [email protected] poçtundan 15.05.2024
tarixli “pensiya təminatı haqqında” cavab gəldi. Fondun pensiya təminatı
departamentinin müdir müavini Rəfiqə Bayramova ayrı-ayrı
rəsmi qurumlar tərəfindən göndərilən toplam 3 müraciətə
topdan cavab verib ki, 13 ay qabaq “dedığımız dedikdir, çaldığımız düdük”.
Hələ üstəlik tələbkarın borclu DSMF-ə 3188 manat borcu var! Bu
cavabla pensiyanın nəinki 12 aylıq, hətta 9 aylıq ödənişi üzə çıxır. 9 aya isə
analar dünyaya uşaq gətirir, uşaqpulu da ki verilmir. Fikir verin, ölkənin,
dövlətin 1-ci şəxslərinə cavabı ƏƏSMN-in 100-cü dərəcəli şəxsləri
cavablandırır. (Buna da şükür, Ədliyyə Nazirliyində Məhkəmə Hüquq
Şurasında, icra hakimiyyətlərində 1-ci şəxslərə cavabları 1000-ci dərəcəli
məsləhətçilər imzalayır). Bəlkə departament müdirinin müavini Rəfiqə
Bayramova nazir təyin olunub, xəbərimiz yoxdur, axı indiyədək cavabları
departament müdiri Eyvaz İsmayılov imzalayırdı !(?) Hələ biz onu
demirik , cavabı neçə mininci məmur hazırlayır, imzaya təqdim edir.
Dövlətin 1-ci şəxslərinə cavabı qurumun rəhbəri imzalamaq yerinə, sıradan
məsləhətçi məmur imzalayan ölkədə hansı pensiya təminatı , hansı
hüquqdan, azadlıqdan danışmaq olar? Cavab gərəkməz, onsuz da yenə
şablon “dedığım dedik, çaldığım düdük” olacaq. 13 ay olduğu kimi...

Məğrur Bədəlsoy - Qarabağ Qazisi
dia-az.life

Geri qayıt