Əsas Səhifə > Hadisə, Manşet > İki mühüm postda dəyişiklik gözlənilir...

İki mühüm postda dəyişiklik gözlənilir...


11-06-2024, 10:41
İki mühüm postda dəyişiklik gözlənilir...
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının-COP29-un Bakıda keçirilməsi ölkəmizdə həm də daxili siyasətə ciddi şəkildə təsir etməkdədir. Dia-az.İnfo bildirir ki, məhz buna görədir artıq siyasi kuluarlarda erkən Milli Məclis seçimlərindən danışılır, iqtidar düşərgəsində ciddi kadr islahatlarının gözdən keçirildiyi iddia olunur.

Belə bir məqamda Dia-az.İnfo redaksiyası olaraq ilginc informasiya əldə etmişik. Mötəbər mənbələrdən daxil olan xəbərə görə, sözügedən beynəlxalq tədbir öncəsi bir neçə mühüm postda da dəyişiklik baş tutacaq. Bunlardan birinin Dövlət Gömrük Komitəsi (DGK), digərinin isə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) olduğunu iddia edən mənbə eyni zamanda digər bir neçə postda da dəyişikliklərin baş verəcəyini iddia edib.

Bununla bağlı əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...

Geri qayıt