Əsas Səhifə > Hadisə, Manşet > Son 15 ildə 10 milyonlarla MƏNİMSƏMƏ...

Son 15 ildə 10 milyonlarla MƏNİMSƏMƏ...


22-06-2024, 12:22
Son 15 ildə 10 milyonlarla MƏNİMSƏMƏ...
"Nazirlər kabinetinin verdiyi İstehsalat təqviminə əsasən ay ərzində yaranan iş saatından artıq iş saatı olduqda idarə və müəssisələr həmin yaranmış artıq saatın məbləğini ödəməlidir..." Bu barədə Dia-az.İnfo-ya işçilər adından edilən müraciətdə deyilir.

Müraciət müəllifləri daha sonra bildirir: "Lakin, "Karasu Əməliyyat Şirkəti"ndə 2009-cu ildən bu ödənişlər qeyri-qanuni olaraq dayandırılıb.

Biz Dia-az.İnfo portalı vasitəsilə Əmək müfəttişliyindən tələb edirik ki, hüquqlarımızın bərpasına köməklik etsinlər.

Dövlət qurumları hara baxır? Bu son 15 ildə 10 milyonlarla mənimsəmə, küllü miqdarda ziyan vurmaq deməkdir.

Qısası dövlətə və vətəndaşa qarşı edilmiş cinayətdir.

Bu insanların haqq və hüquqlarını kim qoruyacaq?

Xahiş edirik araşdırılsın..."

Geri qayıt