Əsas Səhifə > Hadisə, Manşet > Lənkəranda vətəndaşları zəhərləyən KİMLƏRDİR?

Lənkəranda vətəndaşları zəhərləyən KİMLƏRDİR?


29-06-2024, 12:39
Lənkəranda vətəndaşları zəhərləyən KİMLƏRDİR?
Lənkaran şəhərində yerləşən "Boranı" restorandan adının çəkilməsin istəməyən müştərilərdən biri "Azərbaycan Reallığı"na bildirir ki, sözügedən restorana qonaqları ilə birlikdə üz tutub.

Restoran heç də etdikləri reklamdan və görüntüsündən olduğu kimi deyil. Əvvəla içəri daxil olduqda xidmətçinin sifarişi gec gətirməsi sözün əsil mənasında adamın əsəblərin tarama çəkir.

"Təsəvvür edin oturandan 20-30 dəqiqə sonra ofsiant adama yaxinlaşır fire və toyuq sifariş etdik, fire kartofu soyuq, düzsüz kefiyyətsiz idi, elə bil bizdən əvvəl fireni kimsə yemişdi, toyuq isə üfünət iyi verirdi. Restoran rəhbərliyinə narazlığımızı bildirəndə narahat olmayın üzürlü sayın hesab ödənişində nəzərə alarıq bildirdi.

Düzdü sonda hesab ödənişində nəzərə aldılar amma bu o demək deyil ki, insanları zəhərləməlidirlər. Bu məkana demək olar ailəli müştərilər gəlir, onların çoxunun yanında adətən azyaşlı uşaq olur.

Bu da son olmadı, sonda maxhito içki sifariş etdik, stəkanda buz və limondan başqa heçnə yox idi. Su belə əlavə olunmamışdı, aidiyyəti qurumlar və Qida Təhlükəsizlik Agentiliyi bu məkanda yoxlama aparsa xeyli noqsanlarla rastlaşar əks halda ziyanın yenə müştəri görəcək" deyən şikayətçi bildirir.

"Azərbaycan Reallığı" olaraq məsələ ilə bağlı restoranla əlaqə saxladıq, bizə bildirildi ki, bir neçə dəqiqəyə sizə geri dönüş ediləcək bir neçə dəqiqədən sonra başqa bir şəxs bizimlə əlaqə saxladı saytımızın adını və onunla kim danışması haqqında ad soyadımız haqqda məlumat aldı, eyni cavabı aldıq:

"Sizə geri dönüş ediləcək", lakin bu vaxta kimi restoran heç bir münasibət bildirməyib...


Geri qayıt