Əsas Səhifə > Hadisə, Manşet > Daha bir ünvandan KÜTLƏVİ İXTİSAR XƏBƏRİ...

Daha bir ünvandan KÜTLƏVİ İXTİSAR XƏBƏRİ...


3-07-2024, 15:01
Daha bir ünvandan KÜTLƏVİ İXTİSAR XƏBƏRİ...
Son günlər ayrı-ayrı dövlət qurumlarında və təşkilatlarında müşahidə olunan işçi ixtisarları daha da geniş vüsət almaqdadır ki, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı da bu olaya münasibət bildirməklə yanaşı, növbəti KÜTLƏVİ İXTİSAR xəbərini bölüşüb.

Dia-az.İnfo xəbər verir ki, "Ölkədə nə baş verir?" deyə sual edən hüquq müdafiəçisi daha sonra növbəti ixtisar ünvanını açıqlayıb:

"Ekol Mühəndislik Xidməti Qapalı Səhmdar Cəmiyyəti də 30-a yaxın əməkdaşının müqaviləsinə xitam verdi..."

Bunu təəssüf hissi ilə qarşılayan Mirvari Qəhrəmanlı daha sonra əlavə edib:

"«Ekol Mühəndislik Xidmətləri» Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (51%) və xarici investor «Lancer Services S.A.» Şirkətinin (49%) pay iştirakı ilə bağlanmış 01.03.2006-cı il tarixli müqavilə əsasında təsis edilmiş, 17.04.2006-cı il tarixdə Qapalı Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formada hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir..."

Geri qayıt