Əsas Səhifə > Hadisə, Manşet > Əgər `Neft Daşları`na YOLUNUZ DÜŞSƏ...
Əgər `Neft Daşları`na YOLUNUZ DÜŞSƏ...22-07-2024, 09:42 |
"Dedilər ki, SOCAR vəzifəliləri Neft Daşlarına gedəcək... Əgər verilən məlumat düzdürsə, bu halda hər ehtimala qarşı xahiş edirəm... bunları nəzərə alın". Dia-az.İnfo bildirir ki, bu açıqlama ilə tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı çıxış edib. NHMT sədri daha sonra əlavə edib: "1.Yataqxanalarda monitorinq aparılması. Otaqların təmiri, vacib məişət avadanlığı ilə təminat,o cümlədən yataq dəsti ilə və s. , dəhlizlər,liftlərin (özünüz bir az liftdə gəzin) vəziyyəti. 2.Monitorinqi müqayisəli aparın: -Vəzifəli şəxslərin yaşadığı və sıravi işçilərin yaşadığı otaqlar arasında.Hər otaqda neçə nəfər yaşayır,şərait,və s. 3. kanalizasiya problemi var iy gəlir , zibillər vaxtlı vaxtında daşınmır vəs. 4 .TOTAL şirkətinin işçilərinin yaşadığı yataqxanadakı dəhliz, otaqlarlardakı şərait, təminat və s. ilə SOCAR işçilərinin yaşadığı şərait,təminat və s. baxın və bir az da olsun düşünün. Mütləq... 5.Neft Daşlarına təbii ki,gəmi ilə getməyəcəksiniz. Helikopterlə gedəcəksiniz. Məbadə ehtiyatlı olun, birdən sizə də işçiləri dəniz özüllərinə göndərdiyiniz köhnə AZE 69, 72 ,73, markalı helikopterləri verərlər. Tüstülənər, yaxud təcili eniş edər qorxarsınız..." QEYD: Artıq sözügedən rəhbər işçilərin Neft Daşlarına səfərinin baş tutduğu söylənilir. Dia-az.İnfo bildirir ki, buna işarə edən M.Qəhrəmanlı olaya belə reaksiya verib "Getdilər, gəzdilər və qayıtdılar..." Geri qayıt |