Əsas Səhifə > Hadisə, Manşet > Xaçmaz problemlər içində: Sakinlərdən isə...
Xaçmaz problemlər içində: Sakinlərdən isə...29-07-2024, 09:42 |
Elnur Rzayev Xaçmaz rayonuna icra başçısı təyin olunandan sanki sakinlərin də şikayətləri artan istiqamətdə irəliləməkdədir. Hər halda, yerli KİV-də müşahidə olunan gileylərin intensivliyi və bolluğu da belə deməyə əsas yaradır ki, Şəmsəddin xanbabayevdən sonra da Xaçmazın üzü gülmür... Dia-az.İnfo bildirir ki, artıq yerli sakinlər problemlərini satirik formada ifadə etməyə başlayıblar ki, bu da əslində çarəsizliyin əlaməti kimi yozulur. Yəni desən nə xeyri, sussan nə xeyri... Bu fotonu paylaşan Xaçmaz sakini Üzeyir Mustafayev yerli icra hakmiyyətinə və əlaqədar qurumlara müraciət edərək bildirir ki, yağışlar yağdıqda Xaçmazın küçələri piyadalar üçün keçilməz olur. Narazı vətəndaş yazır: "Xaçmazda bir az yağış yağan kimi səkilər, su gölməçələri üzündən keçilməz maneələr kimi olur..." Qeyd edək ki, onun bu paylaşımında digər Xaçmaz sakini satirik formada reaksiya verib. Eldeniz Tariverdiyev adlı Xaçmaz sakini belə şərh edib olayı: "Ola bilməz. Rayon rəhbərliyinin sayəsində Xaçmazın bütün küçələri tər təmiz və düppədüzdü. Bəzi yerlərdə qəsdən çuxurlar saxlayıblar ola bilsin. Gölməçələrin olması rayona ayrıca gözəllik qatır. Venesiya kimi məsələn..." Geri qayıt |