Əsas Səhifə > Hadisə, Manşet > YAP bu dairədə namizədsiz qala bilər...
YAP bu dairədə namizədsiz qala bilər...17-08-2024, 10:16 |
Hakim Yeni Azərbaycan Pariyasının (YAP) Ağdam rayon şöbəsinin sədri, "Azərişıq" ASC- nin Ağdam rayon şöbəsinin rəisi İbrahim Məmmədov YAP- dan Ağdam 119 saylı Seçki Dairəsindən deputatlığa namizəd kimi qeydə alınıb. Qanunvericiliyin tələblərinə görə, İ.Məmmədov namizədliyi qeydə alınan gündən tutduğu vəzifəsindən istefa verməli idi. Çünki onun rəisi olduğu idarədə ən azı 1000 nəfər potensial işçi var və deməli, ailədə 4 nəfərdən götürsək, 4 min nəfərin səsi seçki günü onun xeyrinə seçki qutusuna daxil edilməlidir... Lakin YAP- dan deputatlığa namizəd İ.Məmmədov hazırda vəzifə səlahiyyətlərini nəinki icra edir, hətta cənab Prezident İlham Əliyevin imzaladığı Seçki Qanunvericiliyinə açıq şəkildə itaətsizlik edir, sənədlər imzalayır, möhürləmə ilə məşğuldur. Ona görə də 119 saylı Seçki Dairəsindən deputatlığa namizəd kimi YAP rəhbərliyinə sualım var: YAP- ın namizədi İ.Məmmədovun bu itaətsizliyinin və qanuna hörmətsizliyinin hüquqi nəticısi necə olmalıdır??? Onun namizədliyi ləğv edilməlidirmi??? Təzadlar.Az Geri qayıt |