Əsas Səhifə > Hadisə, Manşet > "Rəhbərlikdə belədirsə, tabeliklərində olanlardan nə gözləyək..."
"Rəhbərlikdə belədirsə, tabeliklərində olanlardan nə gözləyək..."24-08-2024, 12:31 |
"Bəlkə "Adore" rəhbərliyini tanıyan olar. Müştəri məmnuniyyəti niyə belə zəifdir?" Dia-az.İnfo xəbər veriri ki, bunu öz etirazında Ülkər Mustafalı adlı sosial şəbəkə istifadəçisi qeyd edib. O, gileyini "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşaraq əlaqədar dövlət qurumlarından və şəxslərdən dəstək istəyib. Narazı vətəndaş daha sonra bildiri: "Neçə ilin şirkətidir, niyə hələ də düzəldə bilmirlər, burada çalışan qızlar minnətlə adama xidmət edir? Ən pisi də - administratorun gəlməsini istədim (28 Mall filialında), cavan eynəkli bir oğlanı çağırdılar…. Çağırmaz olaydılar, o satıcılardan da betər, bizi mağazadan qovmadığı qaldı, hələ yüksək səslə deyinə-deyinə dil ötə-ötə qapısına qədər “ötürdü” bizi... Rəhbərlikdə belədirsə, tabeliklərində olanlardan nə gözləyək? Biabırçılıq..." Geri qayıt |