Əsas Səhifə > Hadisə, Manşet > Astaranın icra başçısına qarşı şok maliyyə fırıldağı ittihamı

Astaranın icra başçısına qarşı şok maliyyə fırıldağı ittihamı


2-04-2014, 10:44
Astaranın icra başçısına qarşı şok maliyyə fırıldağı ittihamı
DİA.AZ: - Astarada büdcə təşkilatlarında çalışanların maaşları davamlı olaraq gecikmələrlə verilir, hətta bayram ərəfəsində də yubanmalar olmuşdu. Bu barədə DİA.AZ-a rayon orta məktəblərindən birində dərs deyən müəllimlərdən biri məlumat verib.
Həmin şəxs qeyd edib ki, Astarada bütün təşkilatlarda işləyənlərin əmək haqlarının yubanmasının əsl nədəni icra başçısı Qəzənfər Ağayevin maliyyə idarəsi ilə fırıldağıdır:

"Bakıda işlərini qurublar. Rayonun büdcə təşkilatlarında çalışanların maaşlarını 1 həftə yubatmaqla ciddi faizlə qazanc əldə edirlər. İllərdir ki, bu proses davam edir".

Rayondakl məlumatlı şəxs onu da dia-az.life-a bildirdi ki, artıq bu maxinasiyalar dövlətin müvafiq qurumlarının da diqqətini cəlb edib.

Geri qayıt