Əsas Səhifə > Hadisə, Manşet > Prezident Administrasiyasında daha bir kadr islahatı gözlənilir
Prezident Administrasiyasında daha bir kadr islahatı gözlənilir9-04-2014, 10:44 |
DİA.AZ: - Hakimiyyət içində növbəti kadr islahatlarına yaxın günlərdə, daha dəqiqi may ayının əvvəlindən start veriləcək. Bu barədə DİA.AZ-a xəbər ötürən hökumət içindəki mənbə qeyd edib ki, nəzərdə tutulan, yəni xəbəri yayılan bütün dəyişikliklər həyata keçiriləcək. «Kimlər üçünsə proseslər səngimiş kimi görünə bilər. Amma vəziyyət heç də görüntüdə olan kimi deyil. Əslində görüntünün özü də kifayət qədər qaynardır. Lakin iqtidar daxilində cərəyan edən hadisələrlə görüntüdəki mənzərənin uzlaşdırılması cəmiyyət üçün xeyli çətinləşsə də, məlumatlı dairələr nəyin necə baş verməsinin tam fərqindədirlər» deyən mənbəmiz iddia edir ki, Novruz bayramından sonra ilk olaraq 6 rayonun icra başçısının istefaya göndərilməsi nəzərdə tutulub: «Bunun ardından isə iki nazir vəzifəsindən alınacaq. Daha sonra ən ciddi islahatlar Prezident Administrasiyasında olacaq. Və bu dəyişiklik böyük rezonans yaradacaq». Xatırladaq ki, bu günlərdə PA-da bir şöbə müdiri işindən alındı. Məlumatlı mənbə dia-az.life-a bildirir ki, proses bitməyib: “Xüsusi olaraq rayonların kuratorlarının yenilənməsi işinə start veriləcək”. Geri qayıt |