Əsas Səhifə > Hadisə, Manşet > Beynəlxalq Bankın bir filialı ətrafında gedən oyunlar – Bank filialı rəsmən ailə podratı ilə idarə olunur
Beynəlxalq Bankın bir filialı ətrafında gedən oyunlar – Bank filialı rəsmən ailə podratı ilə idarə olunur19-05-2014, 10:13 |
DİA.AZ: - Keçən günlərdə Azərbaycan Beynəlxalq Bankının Qazax filialı ilə bağlı çox ilginc faktları diqqətinizə təqdim etmişdik. Amma maraqlı olanı odur ki, açıqlanan yeyinti dəlillərinə hansısa formada reaksiya verilmədi. Amma buna rəğmən məlumatlı mənbələr DİA.AZ-a Beynəlxalq Bank-da cərəyan edən mübhəm olaylarla bağlı yeni məlumatları ötürüblər. Məlumatlarda bildirilir ki, Beynəlxalq Bankın Qazax filialında fiziki şəxslərə kreditlər bu gün də ümumi məbləğin ən azı 10-15%-i həcmində “şapka” alınmaqla verilir. Mənəbənin dia-az.life-a söylədikləri: “Əlbəttə, burada söhbət böyük məbləğlərdə ifadə olunan qeyri-istehlak kreditlərindən gedr. Bu isə təbii ki, kreditin geri qaytarılmasını çətinləşdirir”. Digər tərəfdən də məlumatlarda filial müdirinin göstərişi ilə müəyyən şəxslərə sənədləşdirmə aparılmadan “faizə” pul verilməsi hallarının da geniş yer aldığı iddia olunur: “Bank filialının fəaliyyətində yer almış daha bir ciddi qanun pozuntusunun da mütəmadi olaraq həyata keçirilən qeyri-leqal pul köçürmələri ilə bağlıdır. Məlum olduğu kimi bu “qara köçürmə” əməliyyatları telefon zəngləri əsasında həyata keçirilir. Bu zaman bankın vəsaitlərindən istifadə olunsa da, əldə olunan gəlir birbaşa Almaz Carçıyevin şəxsi büdcəsinə mədaxil olunur”. Məlumatlarda həmçinin bildirilir ki, 20 ildən artıq müddət ərzində bu vəzifəni daşıyan A.Carçıyev, hazırda rəhbərlik etdiyi bank filialını əsl ailə müəssisəsinə çevirib. Belə ki, Almaz müəllimin oğlu Etibar Carçıyev filiala sürücü vəzifəsinə, gəlini Xanba Mehdiyeva isə mühasib vəzifəsinə işə götürülüblər. Lakin bu şəxslər əslində filialda “ölü canlar” statusuna malikdirlər. Belə ki, işə çıxmayan bu “əməkdaşların” vəzifə funksiyaları digər şəxslər tərəfindən icra olunur. Bunun müqabilində isə müdirin ailə üzvləri öz bizneslərini idarə etməklə məşğuldurlar. Carçıyevlərin malik olduqları biznes şəbəkəsi isə kifayət qədər əhatəlidir. Bu şəbəkəyə istər Bakıda, istərsə də Qazaxda bir çox ticarət obyektləri, gözəllik salonları, kirayə verilən evlər və sairə daxildir. Yeri gəlmişkən məlumatlarda bu da qeyd olunur ki, Almaz müəllimin Qazaxda olan biznes şəbəkəsini onun gəlininin qardaşı Orxan idarə edir. Maraqlıdır ki, Etibar Carçıyevin şəxssən məşğul olduğu biznes fəaliyyəti də birbaşa Beynəlxalq Bankın Qazax filialı tərəfindən “maliyyələşdirilir”. Belə ki, mənbənin sözlərinə görə E.Carçıyev xarici ölkələrdən avtomobillər alıb gətirərək, onların respublikamızda satışını təşkil etməklə məşğuldur. Bu ticari əməliyyatlar isə məhz filialın maliyyə vəsaitləri hesabına həyata keçirilir.Daha bir maraqlı açıqlama da filialda fəaliyyət göstərən valyutadəyişmə məntəqəsinin işi ilə bağlıdır. Bu xüsusda bildirilir ki, məntəqənin vətəndaşlara göstərdiyi xidmətin sənədləşdirilməsi düzgün aparılmır. Ayrı-ayrı vətəndaşların adına göndərilən, bank kimi fəaliyyət göstərən kredit təşkilatlarının hesablarından çıxarılan xarici valyutalar bir qayda olaraq təyinatı üzrə manatla ödənilir. Bu zaman həmin valyutanın alış kursu ilə hesablaşma aparılır. Həmin valyutalar isə iş gününün sonunda satış kursu ilə iş müştərilərin manatı ilə əvəzlənir. Məlumatda iddia olunur ki, valyutadəyişmə məntəqəsi də artıq uzun müddətdir ki, A.Carçıyev tərəfindən şəxsi obyekt kimi istismar olunur. Bütün bu maxinasiyalar əlbəttə ki, Almaz Carçıyevin bu gün çox böyük şəxsi sərvətə malik olmasına imkan yaratmışdır. Belə ki, Beynəlxalq Bankın Qazax filialının müdiri bu gün Qazaxda və Bakı şəhərində çoxlu obyektlərə sahibdir. Belə ki, onun rayon mərkəzində keçmiş icra başçısı Rauf Hüseynovun köməyi ilə sahibləndiyi İcra Hakimiyyətinin yanındakı yeməkxana, “Maqura” gözəllik salonu, “Orxan” geyim dükanı, Gənclik ərazisində kirayə verdiyi bir neçə mənzilin, Teymur Əliyev küçəsində villası, Mərdəkan qəsəbəsində şəxsi mülkün və torpaq sahələrinin, çoxsaylı kommersiya obyektlərinin sahibinə çevrilmişdir. Onun bütün biznesinə yuxarıda qeyd etdiyimiz kimi oğlunun qaynı, keçmişdə OMON-çu olmuş Orxan Mehdiyev rəhbərlik edir. Deyilənə görə Almaz Carçıyev ona elə bir səlahiyyət verib ki, həttta öz doğma qardaşı Vaqifi belə vurmağa cəsarət edir. Qardaşı da vaxtilə bacanağının düşdüyü ağır duruma salınıb. Amma bacanaqdan fərqli olaraq qardaşı ondan şikayət etməyə cəsarət etməyib… Geri qayıt |