Əsas Səhifə > Hadisə, Manşet > Ağsuda nazirin adından pul yığan icra başçısı özünü yenilməz elan edib
Ağsuda nazirin adından pul yığan icra başçısı özünü yenilməz elan edib23-05-2014, 11:44 |
DİA.AZ: - Ağsu rayonuna illərdir rəhbərlik edən Ənvər Seyidəliyevin mövqeləri qohumu Səlim Müslümovun nazir postuna təyinatından sonra daha da möhkəmlənsə də, bu heç də Ağsu camaatının ürəyincə olmadı. Rayondan gələn xəbərlərdən aydın olur ki, Ağsuda vəziyyət hər an qarışa bilər. Bu məlumatı DİA.AZ-a verən bir qrup Ağsu sakini bildirir ki, icra başçısı hər yerdə “mən hələ bundan sonra 20 il də Ağsunun başçısı olacam və kimsə məni bu postdan qaldıra bilməz” deyərək, istədiyini edir. Xəbərə görə, icra başçısı Ənvər Seyidəliyevdaha çox yerli sahibkarlara qarşı daha da amansız mövqe tutmağa başlayıb. dia-az.life-a daxil olan məlumatda deyilir ki, icra başçısı özünü kifayət qədər arxayın hiss edir: «O qədər arxayınlaşıb ki, hətta sahibkarlara şəxsən haqq qoyur. Əsas pul yığanı isə ƏƏSMN-nin yerli nümayəndəliyidir. Təsəvvür edin, sahibkarladan haqqı Səlim Müslümovun rayondakı rəsmi nümayəndəsi yığır və hətta yığılan pullardan Səlim Müslümova da pay çatdığı iddia olunur». Onu da bildirək ki, sakinlər Ağsudakı problemlərlə bağlı dəfələrlə Prezident Administrasiyasına, hüquq-mühafizə orqanlarına şikayət etdiklərini də deyirlər: “Amma səsimizi eşidən yoxdur. Səlim Müslümov güclü adam olduğundan qohumu da istədiyini edir. Bizim yeganə ümidimiz prezident İlham Əliyevdir. Mətbuatdan xahiş edirik ki, səsimizi dövlət başçısına çatdırsın. Biz ağsulular onu dəstəkləyirik. Amma icra başçısı bizi elə həddə çatdırır ki, xalq da hakimiyyətdən aralı salınır”. Qarşı tərəfi də ittihamlarla bağlı dinləməyə hazırıq… Geri qayıt |