Əsas Səhifə > Hadisə, Manşet > Rövnəq Abdullayevə qarşı işləyən şok ittihamlar onu bitirmə ərəfəsində

Rövnəq Abdullayevə qarşı işləyən şok ittihamlar onu bitirmə ərəfəsində


30-05-2014, 11:09
Rövnəq Abdullayevə qarşı işləyən şok ittihamlar onu bitirmə ərəfəsində
DİA.AZ: - Dövlət Neft Şirkətinin rəhbəri postunda dəyişikliklə bağlı şok qərar verilib. Bu ilginc məlumatı DİA.AZ-a Nazirlər Kabinetindəki etibarlı mənbə çatdırıb. Xəbəri verən qaynağın sözlərinə görə, Rövnəq Abdullayevin ARDNŞ rəhbərliyindən kənarlaşdırılması məsələsi neçə müddət imiş ki, hakimiyyətin üst düzəyində müzakirə predmeti olub.

«Nəhayətdə bu qərar verilib və yaxın günlərdə rəsmiləşəcək» - deyən məlumatlı mənbə dia-az.life-a xəbərində həmçinin onu da əlavə edib ki, Rövnəq Abdullayevin iqtidarın ümumi maraqlarının əleyhinə işlədiyi və bu fəaliyyəti zamanı külli miqdarda mənimsəməyə yol verdiyi aşkarlanıb: «Söhbət təxminən 200 milyon ABŞ dolları həcmində zərərdən gedir».

Mənbəmiz bu zərərin hansı qaynağa və hansı şəraitdə vurulduğunu açıqlamasa da, yalnız onu bildirib ki, neçə gündür Rövnəq Abdullayev «silisə» çəkilir: «O, hesabat verə bilmədiyindən, dəlil-sübut yetərsizliyindən özünə olan etimadı itirib».

Xatırladaq ki, buna qədər də ARDNŞ şefinə qarşı mətbuatda bir kampaniya müşahidə olundu. Ara-sıra da olsa davam edən bu kampaniyadan da bəlli idi ki, Rövnəq Abdullayev heç də arzuolunan dönəmdə deyil.

Geri qayıt