Əsas Səhifə > Hadisə, Manşet > Heydər Əsədov hansı dövlət qurumlarını ələ keçirmək fikrinə düşüb?

Heydər Əsədov hansı dövlət qurumlarını ələ keçirmək fikrinə düşüb?


3-06-2014, 11:34
Heydər Əsədov hansı dövlət qurumlarını ələ keçirmək fikrinə düşüb?
DİA.AZ: - Hakimiyyət daxilində yeni səlahiyyət bölgüsü uğrunda mübarizə başlayıb. Bu barədə DİA.AZ-a iqtidardakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, yenicə olaraq İsmət Abbasovun əsas adamlarından biri olan “Aqrolizinq”in sabiq şefi Əli Bayramovla bağlı planını başa çatdıran kənd təsərrüfatı naziri Heydər Əsədov Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə Su və Meliorasiya Təsərrüfatını rəhbərlik etdiyi quruma birləşdirilməsinə çalışır.

Mənbənin dia-az.life-a söylədikləri: “Heydər Əsədov hesab edir ki, adıçəkilən hər qurumun funksiyası Kənd Təsərrüfatı Nazirliyinə aiddir. Lakin bu qurumlara başqa göz dikənlər də var”. Mənbənin sözlərinə görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini ələ keçirmək istəyənlərdən biri də əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovdur. Mənbə deyir ki, Kərəm Həsənov uzun müddətdir ki, buna çalışır. Dövlət Reyester Xidmətinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə birləşdirilməsinə nail olan Kərəm Həsənov bu istəyinin də reallaşması üçün dayanmadan iş aparır. “Doğrudur torpaq sahələrinin özəlləşdirilməsi zamanı onsuz da Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət edilir. Lakin Kərəm Həsənov bununla kifayətlənmək istəmir və torpaq sahələri ilə bağlı bütün prosesi nəzarətinə götürmək istəyir”, - deyə mənbə əlavə edib.

Beləliklə, bu iki qurumla bağlı bir neçə oliqarxın maraqları toqquşur. Kimin qalib gələcəyini isə zaman göstərcək.

Bütün bunlar isə hakimiyyətin yeni kadr və struktur islahatları astanasında olmasından xəbər verməkdədir.

Geri qayıt