Əsas Səhifə > Hadisə, Manşet > Mövqelərini möhkəmlədən Ziya Məmmədovun Bakı meriyası uğrunda savaşı

Mövqelərini möhkəmlədən Ziya Məmmədovun Bakı meriyası uğrunda savaşı


4-06-2014, 11:01
Mövqelərini möhkəmlədən Ziya Məmmədovun Bakı meriyası uğrunda savaşı
DİA.AZ: - Son günlər adı bir sıra qalmaqallarda hallandırılan və dəfələrlə vəzifədən alınacağı haqda informasiyalar yayılan Bakı şəhər icra hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovla bağlı daha bir xəbər yayılıb. Bu barədə DİA.AZ redaksiyasına hökumətdəki mötəbər mənbə informasiya verib.

Bildirilir ki, BŞİH rəhbəri postunda nəhayət ki, dəyişiklik qərarı verilib. Mənbə iddia edir ki, dünən bununla bağlı hökumətin nüfuzlu dairələrində müzakirə aparılıb. Mənbənin dia-az.life-a söylədikləri:

«Əsas müzakirələr ölkə paytaxtının açarlarının Hacıbala Abutalıbovdan sonra kimə verilməsilə bağlı olub. Müzakirələrin nəticələri prezidentə təqdim olunub. Bir neçə namizəd var. Onların arasında hazırda Şirvan rayonuna rəhbərlik edən Mərdan Camalov ən şanslısı hesab olunur və çox güman ki, Müdafiə Sənayesi Naziri Yavər Camalovun qardaşı BŞİH-ə rəhbər gətirilsin».

Məlumatı verən mənbə bildirir ki, BŞİH başçısı postuna oliqarx-məmurlardan ikisi öz adamlarının namizədliklərini irəli sürsələr də, bu qərarlarını keçirə bilməyiblər.

«Məsələn, nəqliyyat naziri Ziya Məmmədovun BŞİH-ə adam etdirmə niyyətinin olduğu yüz faizdir» deyən məlumatlı mənbə dia-az.life-a açıqlamasında bildirir ki, paytaxtın sərnişin daşınması kimi gəlirli bir sahəni əldən verməkdə olan Ziya Məmmədov bunun əvəzində paytaxtın açarlarına yiyələnməyi düşünürmüş.

Onu da bildirək ki, son zamanlar Ziya Məmmədov və onun yaxın çevrəsi ciddi şəkildə hədəfə alınsa da, sonunda NN şefi situasiyadan çıxmağa müvəffəq oldu. Tək bununla kifayətlənməyən Ziya Məmmədov habelə, çoxdandır barəsində danışılan media-holdinq layihəsini belə icra hüququ əldə etməklə rəqiblərinə xəfif bir ismarıc da yolladı.

Geri qayıt