Əsas Səhifə > Hadisə, Manşet > Gəncədə büdcə təşkilatlarından da «fəlakət pulu» toplamağa başlayıblar
Gəncədə büdcə təşkilatlarından da «fəlakət pulu» toplamağa başlayıblar16-06-2014, 12:48 |
DİA.AZ: - Keçən həftə təbii fəlakətin hədəfi olan gözəl Gəncəmiz «yaralarını» hələ də sarmaqdadır. Xatırlayırsınızsa, bu arada belə bir məlumat yayıldı ki, vəziyyətdən sui-istifadə etməyə çalışan yerli rəhbərlik hətta sahibkarların və iş adamlarının qarşısında maddi yardım öhdəliyi də qoyub. Halbuki dövlətin Gəncədə qasırğanın fəsadlarının aradan qaldırılması məqsədilə hər cür dəstəyi verdiyi hər kəsə məlumdur. Bununla bağlı iddialarda qeyd olunurdu ki, birbaşa olaraq icra başçısı Elmar Vəliyev yerli iş adamlarına müraciət edərək təbii fəlakət nəticəsində yaranmış problemlərin aradan qaldırılması üçün onlardan pul tələb edib. Onu da bildirək ki, bununla bağlı Gəncədən rəsmi şəkildə DİA.AZ-a edilən müraciətdə yayılmış informasiyanın doğru olmadığı iddia olunsa da, qarşı tərəf olaraq hansısa arqument idə təqdim etməyiblər. Bu isə deyilənləri daha da inandırıcı etməkdədir. Digər yandan isə dia-az.life-a Gəncədən daxil olan bir başqa məlumat da yerli rəhbərliyin pul toplama kampaniyasına start verdiyini bir daha təsdiqləmiş olur. Belə ki, redaksiyamızı bilgiləndirən Gəncə sakinləri bildirir ki, elə hadisə baş verən gündən etibarən Gəncənin idarə və müəssisə rəhbərləri icra hakimiyyətinin başçısının göstərişi ilə pul toplayıblar: «Təxminən 200 min manata yaxın vəsait toplanılaraq icra başçısına təqdim olunub». Mənbə dia-az.life-a açıqlamasında iddia edir ki, bunlar bir yana, sabahdan büdcə təşkilatında çalışanlardan da baş verən təbii fəlakətə görə pul tutulacağı söylənilir: «Artıq indidən xəbərdarlıq edilib ki, hər kəs vəzifəsinə uyğun olaraq 10-30 manat arasında «fəlakət pulu» verməlidir». Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq… Geri qayıt |