Əsas Səhifə > Hadisə, Manşet > ŞOK: Azərbaycanda 5 milyard manatlıq «kazinolar şəhəri» layihəsi

ŞOK: Azərbaycanda 5 milyard manatlıq «kazinolar şəhəri» layihəsi


27-06-2014, 11:16
ŞOK: Azərbaycanda 5 milyard manatlıq «kazinolar şəhəri» layihəsi
DİA.AZ: - Azərbaycanda konkret bir ərazi kazinolar məkanına çevrilə bilər və bu yöndə ciddi planlamalar var. Bu şok məlumatı DİA.AZ-a çatdıran hökumət içindəki mötəbər mənbə iddia edir ki, bir müddət əvvəl ayrıca olaraq rayon statusu alan Pirallahı adasının kazinolar məkanına çevrilməsi layihəsi mövcuddur.

Xatırladaq ki, dünyanın ayrı-ayrı yerlərində bu cür məkanlar var. Məsələn, Amerika Birləşmiş Ştatlarında Las-Veqas özünün kazinoları ilə məşhurdur. Eləcə də Şimali Kipr Türk Respublikası da qardaş Türkiyənin zəngin iş adamları üçün qumarxanalar məkanı kimi tanınır. Bu yaxınlarda isə Rusiyanın Ukraynadan işğal etdiyi Krım torpaqlarında da kazinolar məkanı açacağı xəbəri yayıldı. Bildirək ki, bu cür ünvanlar dünyada yetərincədir.

ŞOK: Azərbaycanda 5 milyard manatlıq «kazinolar şəhəri» layihəsi

Və dia-az.life-a daxil olan məlumatlardan aydın olur ki, Azərbaycanın da öz belə məkanı yaranma ərəfəsindədir. Qeyd edək ki, ölkəmizdə kazinolar hələ mərhum prezident Heydər Əliyevin zamanlarından qadağan olunub.

Buna baxmayaraq, məlumatlı mənbə iddia edir ki, hakimiyyətin üst qatlarında qərarlaşan və kifayət qədər nüfuz sahibi olan məmurlarımızdan biri belə bir layihəni irəli sürüb və bunu belə əsalandırıb ki, bu yolla guya keçmiş Artyom adasına zəngin turistləri də cəlb edə bilər.

Hələlik layihənin tam olaraq təsdiqlənmədiyini bildirən mötəbər mənbə dia-az.life-a onu da bildirib ki, əgər bu baş verərsə, Pirallahı adasına təxminən 5 milyard manata yaxın vəsaitin xərclənməsi nəzərdə tutulub: «Bu vəsait də kazinoların, restoranların və otellərin inşasına xərclənəcək».

Geri qayıt