Əsas Səhifə > Hadisə, Manşet > Neftçalanın icra başçısı qəfil yoxlamadan çətin vəziyyətə düşüb

Neftçalanın icra başçısı qəfil yoxlamadan çətin vəziyyətə düşüb


4-07-2014, 11:32
Neftçalanın icra başçısı qəfil yoxlamadan çətin vəziyyətə düşüb
DİA.AZ: - Neftçalanın icra başçısının durumu ağırdır. Bu barədə DİA.AZ-a rayondakı qaynaqlar məlumat verib. Xəbəri verən mənbə iddia edir ki, icra hakimiyyətinə paytaxtdan qəfil göndərilən təftiş qrupu icra başçısı İsmayıl Vəliyevi əməlli-başlı tədirgin duruma salıb.

dia-az.life-a daxil olan məlumata görə, artıq Maliyyə Nazirliyinin və Hesablama Palatasının təcrübəli yoxlama qrupu rayondadır. Məlumatda qeyd olunur ki, yoxlamalar rayondakı bütün idarə və müəssisələrdə həyata keçiriləcək. Hələlik isə, konkret fakt üzrə yoxlama aparılır.

Yoxlama aparmaq üçün rayona gedən şəxslərlə kifayət ciddi davranılır, onları ələ almağa çalışırlar. Redaksiyamıza daxil olan məlumata görə, rayonun Maliyyə idarəsinin rəisi, Maliyyə Nazirliyində ciddi dayaqları və külli miqdarda pula sahib olan Rəşid Manafov öz yaxın ətrafına bildirib ki, ”bu kimi yoxlamalardan çox görüb və heç bir problem yoxdur”. Mənbə əlavə edir ki, icra başçısı İsmayıl Vəliyev isə daha çox narahatdır və hələ də nə baş verdiyini anlamır.

Lakin, rayona gələn yoxlama qrupu açıq şəkiləd bildirib ki, rahat işləmələri üçün şərait yatarsınlar, əks təqdirdə Bakıya qayıdaraq yoxlamaya imkan verilməyəcəyi ilə bağlı yüxarı rəhbərliyə məruzə edəcəklər.

Xatırladaq ki, bir müddət öncə, Neftçala rayonunun vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Maliyyə Nazirliyindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparıldığı barədə məlumat verilmişdi.

Həmin məlumatlarda qeyd olunur ki, sözügedən rayonda vəzifəli şəxslərinin 2012-2013-cü illərdə vəfat etmiş şəxslərin adlarının dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək yardım siyahılarına daxil edilərək onların plastik kartlarına vəsait köçürülməsində, vətəndaşların mülkiyyətində və icarələrində olan torpaq sahələri barədə müvafiq təsdiqedici sənədlər olmadığı halda və becərilmiş əkin yerlərinin sahələrinin sənədlərdə süni surətdə şişirtməklə əlavə yardım məbləğlərinin hesablanaraq artıq ödənilməsində və digər qanun pozuntularına yol verilməsi nəticəsində dövlətə 53.4 min manat məbləğində ziyan vurulmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Geri qayıt